Əlaqə Arxiv
news Image
2015.07.29
10:50
| A A A
“Evdə Bar & Grill Amburan”da İtaliya sayağı həftəsonu

Movqe.az xəbər verir ki, Cənubi İtaliyadan (Amalfi sahili, Sorento) olan 34 yaşlı Covanni Tavolaro Xəzərin sahilində yerləşən "Evdə Bar & Grill Amburan" italyan restoranının baş aşpazı təyin edilib.

Covanni Tavolaro kulinariyaya uşaqlıqdan böyük maraq göstərib. Bu xüsusiyyət ona ilk müəllimi olan nənəsindən miras olaraq ötürülüb. O, öz karyerasına 16 yaşında Kapri adasında yerləşən Capri Palace otelində başlayıb. Covanninin "Restaurant Gordon Ramsay" (London), "Perbellini" (Verona), "S. Domenico" (Boloniya), "Trussardi" (Milan) və baş aşpaz olaraq 2011-ci Mişelin ulduzu qazandığı "La Taverna" (Udin) kimi restoranlarda iş təcrübəsi var.

Yeni baş aşpazın hazırladığı yeməklərin dadına siz 7-9 avqust tarixlərindən etibarən baxa bilərsiniz. Məhz bu günlərdə "Evde Amburan Bar & Grill"də baş tutacaq "Italo Weekend" çərçivəsində İtaliyadan olan müğənni Naro Vitalenin musiqili müşayiəti ilə italyan yeməklərinin dadına baxmaq imkanınız olacaq. Naro hamının tanıdığı Eros Ramazottinin hitlərini ifa edərək, "Ramazzotti Show" üçsaatlıq proqramı ilə çıxış edəcək.



Sizin Reklam Yeriniz