Movqe.az xəbər verir ki, yerkökünün A vitamini anbarı olduğunu, yəqin ki, bilməyən yoxdur. Onun gözlər üçün faydalı olduğunu da çoxumuz bilirik. Ancaq bu tərəvəzi əvəzedilməz edən bu xüsusiyyətləri deyil. Araşdırmalar göstərib ki, kök bağırsaq problemlərindən tutmuş ürək xəstəliklərinə qədər bir çox problemdən siğortalayan güclü antioksidantlar ehtiva edir.
Yerkökünün daha öncə heç yerdə oxumadığınız faydalarını təqdim
edirik:
Mütəxəssislər gün ərzində 1-2 yerkökü yemək əvəzinə 1 stəkan kök
suyu içməyi məsləhət görürlər.
Kök bağırsaq problemlərini aradan qaldırır, böyrək ağrısına yaxşı
təsir edir.
Sidik və qaz qovucudur. Bağırsaqların işini yaxşılaşdırır və buna
görə də həzm sistemini gücləndirir.
Qanın xolesterin səviyyəsini aşağı salır. Ürəyi, gözləri
qüvvətləndirir. Cinsi gücü artırır. Öskürəyi kəsir.
İnfarkt, insult və iflic riskini əhəmiyyətli dərəcədə azaldır.
Orqanizmi zərərli maddələrdən təmizləyir. Yorğunluğu aradan
qaldırır. Qansızlıqdan əziyyət çəkənlər üçün ən çox tövsiyə edilən
tərəvəzlərdən biridir. Xərçəngdən qoruduğu elmi araşdırmalar
nəticəsində təsdiq edilib.
Yerkökü diş sağlamlığı üçün də əhəmiyyətlidir. Gündə bir stəkan kök
suyu içmək diş ətlərini gücləndirir. Revmatizmdən əziyyət çəkənlərə
də kök yemək məsləhət görülür.
Yerkökü insan üçün ən əhəmiyyətli orqanlardan biri olan qaraciyəri
qorumağa da qadirdir.
Kalorisi az olmasına baxmayaraq, insanı tox saxlayır. Arıqlamaq
istəyənlər kökdən rahatlıqla istifadə edə bilərlər.
Bir çox antioksidant ehtiva edən kök zehni və yaddaşı
gücləndirir.
Bir sözlə, menyunuzda kökə yer verməklə, bir çox xəstəliklərdən
siğortalanacaqsınız.