Mövsümün 10 ən yaxşı ağ krossovkası
Ağ krossovkalar – ilk mövsüm deyil ki, dəbdədir. Bu idman ayaqqabıları istənilən dəbli qızın gündəlik stilinin ayrılmaz hissəsinə çevrilib.
Meqapolisdə yaşayanlar üçün daha uyğun ayaqqabı təsəvvür etmək mümkün deyil. Hər il ənənəvi ağ Converse və Nike Air Max modellərinə yeniləri əlavə edilir. Bu yay ən çox seçilən Golden Goose, Adidas Superstar və Valentino Garavani krossovkalarıdır. Movqe.az mövsümün ən aktual idman ayaqqabılarının toplusunu təqdim edir.