Əlaqə Arxiv
news Image
2015.07.31
12:20
| A A A
Nik Vuyçiçin həyat mübarizəsi - FOTO

Bu oğlanın adı Nik Vuyçiçdir. Nik1982-ci ildə Avstraliyada dünyaya gəlib. O, çox nadir rastlanan genetik pozuntu səbəbi ilə əlləri və ayaqları olmadan doğulub. Məktəbdə ona güldükləri üçün Nik, 10 yaşında intihar etməyə qərar verib. Özünü suya atıb intihar etmək istəsə də, ailəsini çox sevdiyi üçün bunu bacarmayıb və intihar fikrindən əl çəkib.

Anasının oxuduğu bir hekayədən sonra isə onun həyatı tamamilə dəyişib. O, komputerdən istifadə etməyi, tenis topu ilə oynamağı,saçını daramağı və hətta təraş olmağı belə öyrənib. 17 yaşında olarkən o artıq danışığı ilə hamını heyran qoyub. O, 18 yaşında ikən "Life Without Limbs" adlı bir dərnək qurub. 21 yaşında isə kitab yazıb. Yazdığı kitab satış rekordları qırıb. Nik 25 yaşına gəldiyində artıq 25 ölkədə çıxış etmiş olub. 29 yaşında isə o artıq 3 milyondan çox insana həyatın önəmindən bəhs edib.

Uşaqlıq illərində təsəvvür belə edə bilmərsiniz ki, Nik və valideynləri hansı fiziki və mənəvi çətinliklərdən keçiblər. Nik öz çıxışlarında həmişə bunları deyir: "Həyatda elə şeylər olur ki, siz yıxılırsınız, lakin durmağa gücünüz olmur. İstəyirəm biləsiniz ki, uğursuzluq son deyil. Əsas odur ki, sonu necə olacaq. Əgər həyatdan küsməsəniz və özünüzə inamınız olsa siz güc tapıb ayağa qalxacaqsınız. İnsanlar məndən necə güldüyümü soruşurlar. Mənim kimi qolsuz və ayaqsız bir oğlan necə həyatı sevərək yaşayır?. Mən həyata küsmədim və əl çəkmədim. Mən xoşbəxtəm və yaşamağı sevirəm."

Qeyd edək ki, Nik 2012-ci ildə Kanae Miaxare adlı qız ilə evlənib. 1 uşağları olub və hal-hazırda onlar 2-ci uşağı gözləyirlər. Uşaq bu yay doğulmalıdır....





Sizin Reklam Yeriniz