Əlaqə Arxiv
news Image
2015.07.31
12:50
| A A A
İlin dəbdə olan gəlin saç düzümləri

Movqe.az xəbər verir ki,toy hər bir xanımın həyatında ən vacib, gözlənilən və məsuliyyətli günlərdən biridir. Həmin gün hər bir detal və xırdalıq xüsusi əhəmiyyət daşıyır. Hər şeyin idealdan da üstün olmasına ümid edilir.

Toy günü saç düzümünün gözəl olması ilə yanaşı, onun gəlinlik paltarı, aksessuarlar, gəlin üçün müəyyən olunmuş obrazla vəhdət təşkil etməsi, eləcə də gecə yarısına qədər rəqs və fotosessiyaya tab gətirə biləcək qədər dayanıqlı olması vacibdir. Təəssüf ki, hazırda yüksək keyfiyyətli xidmət göstərən və savadlı stilistlərə malik olan gözəllik salonu tapmaq əsl problemə çevrilmişdir. Lakin bu mürəkkəb problemin həlli yollarını Ambassade de la Beaute gözəllik səfirliyinin sehirbaz-stilistlərinin xidmətlərində tapmaq olar. Onlar qısa zaman kəsiyində sizin üçün əsl toy zərafəti yaradacaq saç düzümü seçəcəklər. Bacarıqlı stilistlər bütün dəb tendensiyalarını nəzərə alaraq sizi gecənin kraliçasına çevirəcəklər. Məsələn, son vaxtlar toy saç düzümünün bəzədilməsi üçün canlı rənglərə üstünlük verilir. Bu isə xanımlara hər zaman parlaq və qeyri-adi görünüş bəxş edir.

İlin dəbdə olan gəlin saç düzümləri

İlin dəbdə olan gəlin saç düzümləri

İlin dəbdə olan gəlin saç düzümləri

İlin dəbdə olan gəlin saç düzümləri

Sizin Reklam Yeriniz