Əlaqə Arxiv
news Image
2015.07.31
14:20
| A A A
Qulançar çox xeyirlidir

Movqe.az xəbər verir ki, digər tərəvəzlərlə müqayisə etdikdə o qədər istifadə olunmayan bu məhsul, tərkibində olan vitamin və minerallara görə bir çoxlarından daha xeyirli sayılır.


Belə ki, qulançar — qida selüllozu, K, A, C, E və B qrup vitaminləri, fol turşusu, selen, mis, marqans, kaliy, kalsiy, dəmir və bir çox digər mineralların, həmçinin asparaqin, karotin və saponinin təbii mənbəyidir. Buna baxmayaraq, qulançar az kalorili məhsul sayılır.


Bu tərəvəz — ən azkalorili məhsullardan olaraq, orqanizmi kalorilərlə deyil, mineral maddə və vitaminlərlə təmin edir. Təbii ki, tərkibini xeyirli məhsullarla bol olmasına görə bir çox ölkələrdə o, müalicəvi məhsul sayılır.


Qulançarın tərkibində olan maddələr, qanı təmizləyir, ciyərə müsbət təsir göstərir və suyu orqanizmdən çıxartmağa kömək edir( təbii sidikqovucu vasitədir).


Müasir xalq təbabəti qulançarın kökünün məhlulunu güclü ürək döyüntüsündə, xroniki ürək-damar çatışmazlığı, sidik sistemi problemləri zamanı intensiv istifadəsini məsləhət görür.



Sizin Reklam Yeriniz