Movqe.az xəbər verir ki, tibb sahəsində məşhur bitkilərdən biri də ağ reyhandır.
O tərkibində olan fitoqidalı maddələrə görə yüksəkl
qiymətəndirilir. Reyhanın xeyirli və ziyanlı xüsusiyyətləri onun
yarpaq və toxumlarından asılıdır ki, onların tərkibində olan
kimyəvi birləşmələr bir çox xəstəliklərin yaranması barədə xəbər
verir, sağlamlığı möhkəmləndirir, infeksiyalara olan dayanıqlığı
gücləndirir.
Alimlərin dediyinə görə tərkibində olan flavonid və polifenollar
orqanizmin radiasiya zədələrinə müqavimət göstərə bilirlər.
Tərkibində olan - evqanol, sitral, terpiniol, sitronellol, linallol
kimi efir yağları iltihab əleyhi təsirə malikdirlər. Həmçinin onu,
virus əleyhi, göbələk əleyhi, antibakteriyal və hərarət salıcı
vasitə kimi qəbul edirlər.
Tərkibində immun sistemi üçün lazım olan vitamin, mineral və qidalı
maddələrin olmasına baxmayaraq, bu məhsul az kalorilidir və
tərkibində xolesterin yoxdur.
Bu məhsulun ziyanlı tərəfi isə əsasən, epilepsiyadan əziyyət çəkən,
hamilə qadınlar və ürək dama sistemində problemi olan insanlara aid
edilir.Həmçinin şəkər xəstələri, hipertoniklər və işemiya
xəstələrinə ehtiyatlı olmaq məsləhət görülür. Reyhanın əsas əks
göstərişi ondan ibarətdir ki, onun tərkibində civə birləşmələri
çoxdur. Maddələr bakteresid xüsusiyyətə malikdirlər, lakin çox
miqdarda olduqda orqanizmə ziyan vurur.
Həmçinin reyhanın yarpaqları yaxşı dəmir mənbəyi olduğundan,
hemoqlobini yüksəldir o isə qan xəstəliklərinin müalicəsində mühüm
rol oynayır.