Əlaqə Arxiv
news Image
2015.07.31
12:20
| A A A
Məşhur avtomobil brendi “Rolls-Royce” artıq Bakıda!

"Rolls-Royce Motor Cars" şirkəti böyük məmnuniyyətlə Azərbaycanda ilk "Rolls-Royce Motor Cars Baku" salonunun rəsmi açılışını 28 oktyabr 2014-cü il tarixindən elan edir.

Movqe.az xəbər verir ki, Bakıda yerləşən yeni avtosalon "Rolls-Royce Motor Cars" şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi "Improtex Motors" MMM-in rəhbərliyi altında fəaliyyət göstərir. Yeni 300 m² salonun açılışında "Rolls-Royce Motor Cars" şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös, "Improtex Motors" şirkətinin baş direktoru Həsən İsmayılov, görkəmli ictimai xadimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Məşhur avtomobil brendi

Avtomobil şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös salonun Bakı kimi inkişaf edən şəhərdə açılmasından məmnunluğunu bildirib: "Regionda optimist təsir bağışlayan iqtisadi inkişaf və alıcılar tərəfindən dəbdəbəli məhsullara tələbatın ciddi artımı müşahidə olunur. Azərbaycanda artıq dayanıqlı bahalı məhsul bazarı formalaşıb və bir çoxlarının fikrincə, ölkə növbəti mərhələyə - dünya tələbatı imkanlarına keçməyə hazırdır. "Rolls-Royce Motor Cars" öz biznesini inkişaf edən bazarlarda sürətlə genişləndirməkdə davam edir və buna görə də bizim Bakı kimi böyük potensiala malik şəhərdə yeni avtosalonumuzun açılışı tamamilə məntiqlidir. Bizim Azərbaycanda bir sıra uğur göstəricisi və yüksək müştəri loyallığı ilə seçilən "Improtex Motors" şirkəti kimi tərəfdaşımız var və mən onlarla uzunmüddətli və uğurlu əməkdaşlığa inanıram".

Məşhur avtomobil brendi

Məşhur avtomobil brendi

"Improtex Motors" şirkətinin baş direktoru Həsən İsmayılov isə "Rolls-Royce Motor Cars" kimi məşhur və lüks brendi təmsil etməkdən qürur duyduğunu bildirib: "Azərbaycan sürətlə dünya dəbdəbə mərkəzlərinin birinə çevrilir. Hamıya məlumdur ki, indiyədək heç bir "Rolls-Royce" avtomobil sahibi öz avtomobilindən narazı qalmayıb. Məhz bu səbəbdən biz Azərbaycanda superlüks etalonunu müəyyən etməyi planlaşdırırıq".

Məşhur avtomobil brendi

Bakının mərkəzində yerləşən və xüsusi mühitə malik olan "Rolls-Royce Motor Cars Baku" salonunda 4 avtomobil yerləşə bilir. Salon öz ziyarətçilərinə xüsusi "Bespoke" xidmətini təklif edir - müştərilər sifariş proqramı çərçivəsində öz fərdi "Rolls-Royce" avtomobillərini yığa biləcəklər. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir. Avtosalondan "Rolls-Royce"un vətəni sayılan və Qudvudda (İngiltərə) yerləşən "Bespoke Studios"a birbaşa çıxış imkanı mövcuddur.

Məşhur avtomobil brendi

Sizin Reklam Yeriniz