Əlaqə Arxiv
news Image
2015.08.02
13:20
| A A A
Gənclər,diqqət! Bu xəstəlik sizi öldürə bilər

Movqe.az xəbər verir ki,  ürək xəstəlikləri və infarkt bütün dünyada həyatı təhdid edən problemlərin önündə gəlir. Ürəkdə ən sıx görülən xəstəliklər damar sərtliyindən qaynaqlansa da, sağlıqsız və nizamsız qidalanma, stress, hərəkətsiz həyat, çox miqdarda spirtli içki, siqaret qəbulu, ağır fiziki işlər fərqli ürək xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Xüsusən də son zamanlarda gənc yaşındakı insanların ürək problemindən dünyasını dəyişməsi böyük narahatlıq yaradıb.

Damar sərtliyi
Ürək problemləri arasında ən sıx görüləni damar sərtliyidir (ateroskleroz).
Ölkəmizdəki ən geniş yayılmış ürək xəstəliklərinə ürəkdə ritm pozuntusu, ürək qapağı xəstəlikləri (mitral qapaq – aorta qapaq xəstəlikləri), tac arteriya xəstəlikləri, doğuşdan gələn ürək xəstəlikləri, ürək çatışmazlığı, ürək döyüntüsü, ürək revmatizmi, ürək ağrısı, ürək spazmı, ürək böyüməsi, taxikardiya (ürək sürətinin artması) , perikardiya (ürəyi çevrələyən pərdə), atriyal septal defekt ( ASD) xəstəlikləridir .

Gizlicə irəliləyə bilər
Hər ürək xəstəliyinin fərqli əlamətləri vardır. Ancaq ən çox görülən şikayətlər sinədə ağrı, döyünmə, göynəmə, nəfəs almaqda çətinlik, sol qolda ağrı və keyimə, bel ağrısı, qarın ağrısı, ürəkgetmə, gecə sidiyə tez-tez getmək, siyanoz (əl-ayaq barmaqlarında, dodaqlarda göylərin yaranması) , ayaq və qarın bölgəsində şişmə, öskürək, tez yorulma, halsız olmaqdır.

Ən böyük təsir irsidir
Ürək xəstəliklərinə səbəb olan bir neçə hal vardır. Bunlardan ən risklisi və həlli mümkün olmayan genetik səbəbdir. Əslində daha əvvəl ürək narahatlığı yaşayan, infarkt keçirən insanların yenidən infarkt olma risk daha yüksəkdir. İrsi yolla keçən xolesterol da müalicə edilmədiyi təqdirdə infarkt və gənc yaşda ölümlərə səbəb ola bilər.
Stressli insanlarda ürək xəstəlikləri daha sıx görülür. Eyni zamanda şəkər xəstəliyi də yüksək səviyyədə risk təşkil edir. Ürək xəstəliklərinə səbəb olan digər risk amilləri düzgün qidalanmamaq, siqaret, spirtli içki kimi zərərli vərdişlər, yüksək təzyiq, piylənmə, nizamsız həyat şəkli, hərəkətsizlik və yuxu problemləridir.

Kilo almayın
Ürək sağlamlığını poza biləcək bəzi amillər nəzarət altına alınsa, sağlam həyat sürə bilərsiz. Xüsusən stress yaradan vəziyyətlərdən uzaq durmaq, siqaret və spirti içkini tərgitmək lazımdır. Kökəlməməyə çalışın. Yağlı ət, qızartma, basdırma, qaraciyər, kolbasa, dalaq, konservlər qətiyyən yeyilməməlidir.
Həftədə 1 dəfə mütləq balıq yeməlisiz. Qırmızı ət yerinə balıq və toyuq yeyin. Toyuq əti yeyilərkən yağlı yerləri və dərisi çıxarılmalıdır. Balıq tərkibindəki Omega 3 turşuları sayəsində qan axınını artırır və pis xolesterolu aşağı salır.

Templi qaçışların faydası var
Süd və süd məhsullarının yağsız olanı seçilməlidir. Yemək bişirərkən zeytun yağından istifadə edin və duzun miqdarını azaldın. Gün ərzində heç bir yeməyi ötürməməli, meyvə və tərəvəzləri bol yeməlisiz. Tam taxıl çörəkləri yeyin. Fiziki hərəkətlər də ürək sağlamlığını qorumağa kömək edir. Bədəni çox yoracaq hərəkətlər etməyin.

Ürək xəstəlikləri gənclər arasında sürətlə yayılır
Sağlıqsız və nizamsız qidalanma, stress, hərəkətsiz həyat, siqaret, spirtli içki, ağır fiziki hərəkətlər ürək xəstəliyinin gənc yaşlarda ortaya çıxmasına səbəb olur. Bir digər amil də narkotik maddə istifadəsidir. Eyni zamanda kola, qazlı içkilər də infarkta zəmin yarada bilər.
İrəli yaşlarda ürəklə bağlı problem yaşandığında yan damarlar dövrəyə girərək insanın həyatını qurtara bilər. Ancaq gənclərdə yan damarlar daha yaxşı formalaşmadığından ürək problemi çox vaxt ölümlə nəticələnir. Bu yan damarlar 50 yaşından sonra formalaşır.


Sizin Reklam Yeriniz