Əlaqə Arxiv
news Image
2015.08.04
12:20
| A A A
Qidalanmada yol verdiyimiz səhvlər

Movqe.az xəbər verir ki, qidalanmada yol verdiyimiz bəzi səhvlər vardır ki, biz bunları bilmirik. Bu səhvləri aradan qaldırmaq üçün bu yazını oxumağınız məsləhətdir.


* Tərəvəz və meyvənin az istehlak edilməsi: Gündə ən az 3-4 boşqab meyvə ya da təbii meyvə suları, ən az 2 boşqab tərəvəz istehlak edilməlidir.


Təbii bəslənmənizə yüksək enerjili, sürətli və sağlam bir tövsiyəmiz var. Siz də mətbəxinizdə təptəzə meyvə və tərəvəz suları hazırlayıb, sağlam həyata salam deyin


* Səhv bişirmə metodları: Tütsülənmiş qidalar, duzlanmış və ya şoraba edilmiş qidalar, birbaşa odda bişirilmiş qidalar, qızardılmış, qovrulmuş qidalar kanserogen məzmunu ən yüksək qidalardır. Sobada, qızartma, qaynatma və ya buğlama üsulları seçim edilməlidir.


* Qida qatqı maddələrindən zəngin qidalar istehlak etmək: Qida qatqı maddələri, qidanın Tərkibindəki elementlərin itkisini önləmək, qida keyfiyyətini davam etdirmək, qidanın rəf ömrünü uzatmaq, dad, qoxu, quruluş və görünüşünü inkişaf etdirmək məqsədli istifadə edilən maddələrdir. Bu maddələrin çox istehlakı xərçəng meydana gəlməsini xəbər verir


* Yağ nisbəti yüksək qidalanmaq: Yağlı bütün heyvani qidalar, yağlı Şirniyyat məhsulları, kərə yağı və digər qatı yağlar, qızarmış və qovrulmuş qidaların həddindən artıq istehlakı obezite ilə birlikdə xərçəng riskini artırmaqdadır. Az yağlı süd və qatıq qrupu, az yağlı pendir, çökelek, yumurta xərçəng riskini azaldıcı heyvani qidalardır.



Sizin Reklam Yeriniz