“Samsung Electronics” xərçəng xəstəsi olan işçiləri üçün fond yaradacaq
Movqe.az xəbər verir ki, "Samsung Electronics" xərçəng xəstəsi olan işçiləri və onların ailələri üçün 85,8 milyon dollar həcmində fond yaradacaq. İnsan hüquqları təşkilatları şirkətin müəssisələrində 200-dən artıq xərçəng xəstəsinin çalışdığını açıqlayıblar.
Qeyd edək ki, fondun yaradılması haqqında razılıq 2014-cü ilin mayından işçilər və şirkət rəhbərliyi arasında başlanan çəkişmələr nəticəsində əldə olunub.