Hiroşima Sülh Parkında Baş nazir Şinzo Abenin qatıldığı bir mərasim təşkil olunub.Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin xatirəsinə yanan şamlar şəhərdəki Motoyasu çayına buraxılıb.
Xirosima və üç gün sonra Naqasaki şəhərlərinə atılan atom bombaları İkinci Dünya Müharibəsini sona çatdırıb.Ancaq atom bombası Hiroşimada 140 min adamın ölümünə səbəb olub.Enola Gay adlı Amerikan B-29 tipli təyyarədən atılan bomba 6 Avqust 1945-ci ildə şəhərin 600 metr üzərində partlayıb.Yalnız bombanın partladığı gün 70 min adam ölərkən, irəliləyən gün, həftə və aylarda on minlərlə adam daha radiasiya zəhərlənməsindən qaynaqlanan qorxunc yaralar səbəbiylə həyatını itirib.Yaponiyada ölkə səviyyəsində bir dəqiqəlik sükut edilərkən, bombanın düşdüyü saatda (08:10)-da zəng çalınıb.
Barış Parkında toplanan 40 min adama qarşısında çıxış edən Baş nazir Şinzo Abe dünyaya nüvə silahlanmasına qarşı çağırış edib.Abe atom bombasının yalnız minlərlə adamı öldürməklə qalmadığını, geridə qalanlara da çox ağılasığmaz ağrı-acılar yaşatdığını bildirib.Ancaq bütün bunlara baxmayaraq Hiroşima bu gün bir mədəniyyət və rifah şəhəri halına gəlib.Baş nazir məhz buna görə dünyada barış və sülhün əhəmiyyətini bir daha vurğulayıb.