Movqe.az Axar.az-a istinadən xəbər verir ki, şirkət Ayfon-7-ni vaxtından tez ictimaiyyətə təqdim etmək niyyətindədir. Belə ki, təqdimat üçün şirkət sentyabr ayının 9-nu gözləyir. Çünki adətən şirkət yeni telefonlarını o tarixdə təqdim edir.
"Əpl" sentyabrın 9-da Ayfon-7 modelini və yeni Aypədi təqdim edəcək. Təqdim olunacaq Ayfon-7-nin görünüşündə heç bir fərq hiss olunmur, ancaq bəzi texniki parametrlər cəhətdən Ayfon-6-dan üstün olacaq.
Bunlardan biri də yeni "Force Touch Technology" funksiyasıdır. Bu funksiya ekrana toxunmanın həssaslığını yoxlayacaq. Bu da o deməkdir ki, Retina ekranındakı kiçik elektrodlardan istifadə edərək, incə toxunuşla sərt toxunuş arasındakı fərqi yoxlayacaq. Ayfon-7-də əlavə su keçirməyən korpus, enerjinin uzun müddət saxlanması, yüksək keyfiyyətli qrafika, sapfir kristal ekran kimi yeniliklər də olacaq.