Əlaqə Arxiv
news Image
2012.10.01
15:34
| A A A
İnternetdən mahnı yükləmək qadağa edilib

Movqe.az xəbər verir ki, ABŞ-dan sonra dünyanın ən böyük ikinci musiqi bazarı sayılan Yaponiyada müəlifi olan mahnı və ya videoların qeyri-qanuni şəkildə yükləyənlərə yönəldilmiş ağır cəza qanunları qüvvəyə minib. Piratlıq edənlər 2 il həbs və ya 2 milyon Yen(25 min 700dollar) pul cəzasına məhkum olunacaq. Bu cür faylları yükləmək 2 ildir ki, qadağa edilsə də, xüsusi bir cəza tətbiq edilməmişdi. Yaponiyadakı musiqi birliyi və Sony Musiqi bölməsinin baş direktoru Naoki Kitagava bu şəkildə internetdə musiqi paylaşımının qarşısının alınacağını bildirib. Layihə ötən ilin iyun ayında təsis edilmişdi. Bu qərardan sonra müxtəlif pirat təşkilatlar yapon saytlarını hədəf almış addımlar atıb.

Sizin Reklam Yeriniz