Əlaqə Arxiv
news Image
2015.08.10
11:25
| A A A
İkinci dünya müharibəsinə aid təyyarənin qalıqları tapılıb

Movqe.az xarici mətbuata istinadən məlumat verir ki, Almaniyanın cənub-qərbindəki Ottersweier bölgəsində İkinci dünya müharibəsində qəza edən bir təyyarənin qalıqları ortaya çıxıb. Uwe Benkel adlı bir şəxs  tərəfindən edilən araşdırmaya görə yerin 4 metr dərinliyində olan tək motorlu P47 ildırım tipli təyyarənin müharibənin sona çatmasından 10 həftə əvvəl, 14 fevral 1945 tarixində qəzaya düşdüyü ifadə edilib. Bölgədə, təyyarənin fransız pilotu Antoine Allardın da cəsədinin qalıqları tapılıb. Allard qəzanı etdiyi zaman 25 yaşında olub. Qəzaya 7 yaşında şahid olan, indi isə 77 yaşında olan Verner Doll, qəzaya başqa bir təyyarənin səbəb olduğunu xatırladığını bildirib.

Sizin Reklam Yeriniz