Əlaqə Arxiv
news Image
2015.08.12
11:20
| A A A
Qaraqandan qeyri-adi jest

Qaraqan orijinal kitaba pulu olmayan oxuculara pirat kitabları hədiyyə edir. Bu barədə yazıçının rəsmi Facebook səhifəsində bildirilib.

Məlumatda qeyd olunur ki, Qaraqanın kitablarının müəllif hüquqları və satış hüquqları yalnız ona məxsusdur. Ona görə pirat dükanlarında satılan kitablara satıcı hansı qiyməti qoysa da bunu etməyə qanuni ixtiyarı yoxdur: "Azərbaycan respublikası ərazisində "Ali & Nino" mağazalar şəbəkəsindən başqa Qaraqanın "Mələk", "Evakuasiya", "Birinci Addım", "İkinci Addım" kitabları PULSUZ sizə Qaraqan tərəfindən HƏDİYYƏ edilir. Bu kitabları "Ali & Nino"dan başqa bütün digər dükanlardan PULSUZ götürə bilərsiniz.Satıcıya bizim səhifənin rəsmi açıqlamasını göstərməyiniz kifayətdir. Amma bunu etmək məcburiyyətində deyilsiniz. İstənilən şikayətlərlə bağlı [email protected] email ünvanını bildirə bilərsiz.

Qaraqandan qeyri-adi jest

Sizi POLİSLƏ hədələsələr polis əməkdaşlarına Yazıçının rəsmi Ərizəsini göstərməyiniz kifayətdir. Yazıçının pulsuz elan etdiyi məhsulu heç kəs sata bilməz. Kitabın bütün müəllif hüquqları, çap hüquqları yalnız Qaraqana məxsusdur. Satıcılarla mədəni və mülayim şəkildə danışın. Təhqir, söyüşdən uzaq olun, ictmai asayişi pozmayın, mübahisə etməyin. Sadəcə hədiyyənizi götürün. Orijinal kitaba pulu olmayan oxuculara PİRAT kitabları PULSUZ elan edirik".


Sizin Reklam Yeriniz