Yaponlardan yeni ixtira
Movqe.az xəbər verir ki,Yapon şirkəti Cocoa Motors, əl çantasına sığan 3 kiloluq bir 'avtomobil' icad edib. 'WalkCar' adı verilən avtomobilin hazırlanması 800 dollara başa gəlib." "WalkCar" dizüstü kompüter ölçülərində incə bir alüminium tabletkaya bərkidilmiş dörd təkər və mühərriklərdən ibarətdir.Saatda 10 kilometrə qədər sürət yığa bilən mini avtomobilin 3 saat müddətində 12 km-ə qədər məsafə qət edə bilir.Batareyalarla işləyən avtomobilin enerji saxlama müddəti 3 saatdır. Kiçik səkiləri və balaca yoxuşları aşa bilən mini avtomobil 120 kq daşıya biləcək gücdədir.Avtomobilin 2016-cı ilin yazında bazara çıxarılacağı gözlənilir.