Əlaqə Arxiv
news Image
2015.08.15
10:20
| A A A
MINI Cooper S “Piksellər” filmində dünyanı xilas edir — Treyler

Çılğın təqiblər, hazırcavab dialoqlar, maraqlı süjet, keçmiş video oyunlardakı köhnə mehriban dostlar, ümid, qəhrəmanlar və hadisələrin ən mərkəzində - MINI Cooper S modelini idarə edən dörd xilasedici: Sony Pictures-in yeni "Piksellər" fantastik komediyası məhz bu məzmuna malikdir.

Movqe.az xəbər verir ki, "Piksellər" filmində kompüter oyunları real həyatda yaşanır. Yad planetlilər oyunçuların kiçik "pikselli" yad planetliləri məhv etməli olduğu "Space Invaders" oyunu da daxil olmaqla, 1980-cı illərin ən populyar oyunlarının siqnallarını tuturlar. Onlar yanlış olaraq müharibə elan olunduğunu zənn edirlər və qısa bir zamanda dünyanın böyük ölkələrinə "Pac-Man" və "Donkey-Konga" giqantlarını göndərirlər.

MINI Cooper S

Canavarların toxunduğu hər şey piksellərə çevrilir. Adam Sendler (Adam Sandler), Piter Dinkleyc (Peter Dinklage), Denis Akiyama (Denis Akiyama) və Coş Hedin (Josh Gad) canlandırdığı dörd qəhrəman MINI avtomobilinin sükanı arxasında canavarlarla mübarizədə mühüm rol oynayırlar. ABŞ höküməti dünyanı xilas etmək üçün oyun personajlarının güclü və zəif cəhətlərini mükəmməl bilən, dörd istedadlı, 80-cı illərin köhnə məktəb sıratağ oyunçular qrupunu köməyə çağırır. Lakin "Pac Man" və şirkəti dəf etmək üçün dörd qəhrəmana kömək lazım idi. Buna görə də, hökümət onların hər birinə ayrıca MINI Ghost - MINI Cooper S-in üçqapılı, Pac-Man oyununun ruhlarından birinin adını daşıyan və rəngini əks etdirən avtomobil təqdim edir. Burada Britaniya avtomobil markasının məşhur modeli təsadüfi seçilməmişdi.

MINI Cooper S

Üçqapılı MINI Cooper S-in həm görünüşü, həm də idarəolunması məmnuniyyət bəxş edir. Orijinal modelin son nəsli individuallığı qiymətləndirən və hazırda 1959-cu ilin klassik MİNİ-sinin dizayn dilini interpretasiya edənlər üçündür. Yeni MINI çoxsaylı funksiyalara malikdir və burada klassik dizayn işləri əvvəlki modelə nisbətən daha ətraflı öyrənilmişdir. Yeni model, MINI-nin zəngin irsini gələcəyə istiqamətlənmiş innovasiya ilə birləşdirir.


Sizin Reklam Yeriniz