Movqe.az xəbər verir ki, böyrəklər orqanizmi toksinlərdən təmizləmək, təzyiqi və qandakı qırmızı qan hüceyrəsində tarazlığı təmin etmək kimi vacib funksiyalara malikdir. Ancaq gün ərzində fərqində olmadan etdiyimiz səhvlər, böyrəyin öz funksiyasını yam olaraq yerinə yetirməyə imkan vermir. Türkiyəli həkim və uroloq Bora Özveren böyrəkləri yoran vərdişləri belə sıralayıb:
1. Az su içmək: Gün ərzində kifayət qədər su içmədikdə böyrəklərdə qan dövranı azalır və qanda toksinlər toplanır. Bu maddələrin bədəndən atılması üçün gün ərzində 2 litr su içməyi vərdiş halına gətirməlisiniz.
2. Çox duz istehlak etmək: Böyrəklər natriumun yandırılmasını və bədəndən atılmasını təmin edir. Əgər həddindən artıq duz sərf etsəniz, böyrəklər bu natriumu yandırmaq üçün daim məşğul olacaq və getdikcə funksiyaları zəifləyəcək.
3. Uzun müddət sidiyi saxlamaq: Sidiyi saxlamaq sidik kisəsinin əzələsinə zərər verir və zəiflədir. Həmçinin, böyrək çatışmazlığına da səbəb ola bilər.
4. Təsadüfi ağrıkəsici istifadə etmək: Çox tez-tez və həddindən artıq ağrıkəsicidən istifadə vaxt keçdikcə böyrək çatışmazlığına səbəb olur. Buna görə də, ağrıkəsicilərdən tez-tez istifadə etməməyə çalışın.
5. Həddən artıq qəhvə və çay içmək: Kofein və tein tərkibli içkilərin çox tez-tez və həddindən artıq istehlak edilməsi böyrəklər üçün çox zərərlidir. Çünki bu maddələr qan təzyiqini yüksəldir ki, bu da böyrəklərə ziyan verir.
6. Çox zülal istehlak etmək: Əslində, zülal tərkibli qidalar çox faydalıdır. Amma lazım olduğundan artıq zülal qəbul etmək böyrəklərə zərər verir.
7. Həddindən artıq spirt istehlak etmək: Spirt istehlakı böyrəklərdə toksin yığılmasına və zamanla böyrəklərin yetərli şəkildə qidalanmamasına səbəb olur.
8. Siqaret çəkmək: Bir çox tədqiqat siqaretin böyrəklər də daxil olmaqla bütün orqanlara zərərli olduğunu uzun illərdir ki, ortaya qoyub.
9. Soyuqdəymə və qrip kimi xəstəliklər: Bu tip xəstəliklər zamanı kifayət qədər dincəlmədikdə böyrək çatışmazlığı yaşanır.
10. Yuxusuz qalmaq: Yuxu əsnasında orqanlar dincəlir və yenilənir. Əgər yuxusuz qalsanız, orqanlarınız həddən artıq işləmək məcburiyyətində qalır və istirahət edə bilmir.