Əlaqə Arxiv
news Image
2015.08.17
17:00
| A A A
Müslüm Maqomayevin xatirəsi anılacaq

Movqe.az xəbər verir ki, avqustun 17-də Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, avqustun 17-də Fəxri xiyabanda Azərbaycanın və SSRİ-nin xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqomayevin anım mərasimi keçiriləcək. Mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.2008-ci il oktyabrın 25-də Moskvada vəfat edən müğənni doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilib.


Sizin Reklam Yeriniz