Əlaqə Arxiv
news Image
2015.08.18
11:00
| A A A
Yeni dəb tendensiyası: “Ağıllı” əşyalar

Movqe.az xəbər verir ki, hazırda bir çox geyim istehsalçıları texnologiya dünyası ilə rəqabət apararaq, müxtəlif funksiyalarla təchiz edilmiş geyimlər buraxmağa başlayıblar. Naxışı dəyişən ayaqqabılar, GPS-li pul qabı - "ağıllı" geyimlərin siyahısı uzundur.

Levi's cinsləri


Levi's markasının "Levi's Commuter" şalvarı üçün yağış, təsadüfən tökülən kofe qorxulu deyil. Brendin Google-la birgə yeni layihəsi bu yaxınlarda şalvarların köməyilə smartfonları idarə etmək imkanı da verəcək. Mühəndislər idarəetmə paneli olacaq xüsusi parça üzərində çalışırlar. Elektron sapları paltardan keçirmək çətin olmayıb, ancaq onları yumaq üçün variantlar düşünmək bir az problematik olub.

Yeni dəb tendensiyası:

Ralf Lorendən biometrik futbolka


OM şirkəti ilə birgə dizayner Ralf Loren biometrik futbolka təqdim edib. Model nəbzin, nəfəsin səviyyəsini izləmək, məlumatları telefon və ya kompyuterə ötürmək imkanına sahibdir. Qara rəngdə olan bu idman yeniliyi çox cəlbedici görünür.

Yeni dəb tendensiyası:

Uniqlo topu


Yatıb qalmısınızsa, vaxtınız azdırsa, alt geyimi geyinməyi və krem sürtməyi sevmirsinizsə, AIRism top-brası sizin üçün uyğun seçimdir. Yeni mayka nəmləndirici losyonla təchiz edilib.

Yeni dəb tendensiyası:

Clarks ayaqqabısı


Orson Lace modeli sürüşmənin qarşısını alır, ayaqları xüsusi şarlar vasitəsilə masaj edir, eləcə də qıraqlardan suyu xüsusi deşiklərə itələyə bilir. Sulu yerdə gəzməyi sevən və bununla belə quru qalmaq istəyənlər üçün bu əla variantdır.

Yeni dəb tendensiyası:

Leoht çantası


Görünüşcə adi böyük çanta içəridən güclü batareya ilə təchiz edilib. Bu batareya sahibəsinə istənilən aləti şarja qoymağa imkan verir. USB portu olan aksessuarın işıqlandırma sistemi var, bununla da qələm, dodaq boyası və ya telefonu tapmaq daha asan olacaq. Yeganə mənfi cəhəti onun çəkisidir. Çanta 1,5 kq-dır. Leoht-un təqdim etdiyi bu məhsulun qiyməti 300-350 dollardır.

Yeni dəb tendensiyası:

SmartWallet pul qabı


Ağıllı çantaya təkcə komsetika və gündəlik tələb olunan əşyaları deyil, həm də ağıllı pul qabını da qoymaq olar. Bu aksessuar GPS, Bluetooth və batareya ilə təchiz edilib. Təsir radiusu 15-45 metrdir. Haradasa pul qabını unutmusunuzsa, dərhal telefona bildiriş alacaqsınız.

Yeni dəb tendensiyası:

Ishuu Technologies ayaqqabıları


Belə ayaqqabı öz obrazını tez-tez dəyişdirməyi sevənlər üçündür. Məsələ burasındadır ki, ayaqqabılar sahibəsinin istəyindən asılı olaraq naxışları dəyişir. Bu layihəni təklif edən Litva şirkəti öz düşüncəsini həyata keçirmək üçün vəsait toplayır (50 min dollar). Mühəndislər gənc dizaynerlər üçün Louis Vuitton mükafatı uğrunda mübarizə aparmaq niyyətindədirlər.

Yeni dəb tendensiyası:


Sizin Reklam Yeriniz