Qüdsdə üzərində kamera quraşdırılmış uzaqdan idarə edilən
robotla aparılan araşdırmaların sonunda Qüdsdəki bir qüllənin
altında birinci əsrdə aid edilən bir məzar otağı tapılıb. Bu
informasiyanı yayan Nort Carolina Universitetində çalışan həkim
Ceyms Tabor "Tapdığımız qəbiristanlıqda bəzi yazılar var. Buranın
Həzrəti İsanın yatdığı yer olduğunu düşünürük" deyib.
MƏZARIN İÇİNDƏ YAZI TAPILDI
Məzar otağında sümük qalıqları tapıldığını deyən Tabor,
qəbiristanlığın içində "İlahi Yehova oyan, oyan" yazıldığı
açıqlanıb. Qəbiristanlığın içində bir balıq rəsminin olduğuna da
diqqət çəkən elm adamları, bu şəkillərin İncildə adı çəkilən Əziz
Jonah ilə balina arasındakı hekayəyə işarə olduğunu qeyd
ediblər.
Tabor apardıqları araşdırmadan sonra məzarın Həzrəti İsanı basdıran
Aramatyalı Yusufun ailə qəbiristanlığı ola biləcəyini qeyd edib.
Tabor qazıntı və araşdırma işlərin davam edəcəyini söyləyib.
Tural QABİLOĞLU