Əlaqə Arxiv
news Image
2015.08.20
10:40
| A A A
Gözəllik sirləri: Piqment ləkələrin müalicəsi

Movqe.az xəbər verir ki, əksər hallarda günəş vannası dəridə piqment ləkələrin meydana gəlməsinə səbəb olur. Piqment ləkələr dəridə melanin piqmentinin normadan artıq yığılması nəticəsində baş verir. Onlar dəriyə ağrı və qıcıqlandırıcı təsir verməsələr də, estetik cəhətdən heç də gözəl görünmürlər.

Bir çox həkim-dermatoloqlar piqmentlərdən qurtulmağın çox çətin olduğunu düşünürlər. Lakin fransız laboratoriyasının mütəxəssisləri sizə PIGM 400 kremindən və PIGM 400 serumundan ibarət unikal kokteyl təklif edir.Ağardıcı və depiqmentasiya funksiyası daşıyan Crème PIGM 400 dərinin rəngini tez bir zamanda açaraq ona parlaqlıq verir, mövcud piqment ləkələrini azaldır, yeni ləkələrin əmələ gəlməsinin qarşısını alır.

Gözəllik sirləri: Piqment ləkələrin müalicəsi

Krem dərinin rəngini tarazlayır, qocalma prosesinin qarşısını alır, dərini nəmləndirir, antiseptik təsir göstərir, sərbəst radikalların formalaşmasına qarşı mübarizə aparır və dərini ultrabənövşəyi şüaların zərərli təsirindən müdafiə edir. Sérum PIGM 400 isə öz növbəsində, tərkibinə daxil olan altı yüksək konsentrasiyalı aktiv inqrediyentlərin köməyilə dərini ağardır və ona sağlam parıltı bəxş edir. Serumun ağardıcı aktiv konsentrasiyalı inqrediyentləri onların kremdəki konsentrasiyasını iki dəfəyə qədər yüksəldir. Nəticədə dərini sərbəst radikallardan qoruyan və onun yaşlanma prosesini ləngidən melaninin sintezi daha da sürətlənir.

Gözəllik sirləri: Piqment ləkələrin müalicəsi

Sizin Reklam Yeriniz