Əlaqə Arxiv
news Image
2015.08.20
12:40
| A A A
Yaraşıqlı kişilər və gözəl qadınlar daha ağıllıdırlar

Movqe.az xəbər verir ki, İngiltərənin məşhur təhsil təşkilatlarından London School of Economics tərəfindən icra edilən bir araşdırma, yaraşıqlı kişilərlə gözəl qadınların digər həmcinslərdən zəka baxımından da üstün olduğunu ortaya çıxarıb.

Araşdırma, orta sinifdən gələn çalışan qadınların da digər seqmentlərdən gələn həmcinslərinə görə daha ağıllı olduğunu göstərib.

Sunday Timesin xəbərinə görə, nəticələri "Intelligence" elm jurnalında nəşr olunan araşdırma, fiziki baxımdan "şanslı" olan qadın və kişilərin IQ baxımından da digər insanlardan daha "şanslı" olduğunu ortaya qoyub.

İngiltərə və ABŞda 1958-ci ildən bəri izlənilən və müəyyən zamanlarda zəka testlərinə tabe tutulan 14 min 419 adam üzərində reallaşdırılan araşdırmaya görə yaraşıqlı kişilərin IQləri, digərlərininkindən yüzdə 14.6 daha yüksək çıxıb.

Gözəl qadınların isə digər qadınlara görə yüzdə 11.4 daha yüksək IQə sahib olduğu təyin olunub.

Araşdırmanı icra edən qrupun başında olan Satoshi Kanazawa, bu nəticələndirərə görə kişilərdə "fiziki cazibədarlıq" ilə "ümumi zəka" arasında qadınlara görə daha güclü bir əlaqə olduğunu qeyd edib.

Araşdırmanın ortaya qoyduğu başqa bir nəticə də təbəqə quruluşu ilə əlaqədardır.

Buna görə, orta sinifdən gələn qadın çalışanların daha alt və ya daha üst siniflərdən gələn həmcinslərindən daha ağıllı olduqları ortaya çıxdı.


Sizin Reklam Yeriniz