Əlaqə Arxiv
news Image
2015.08.20
21:00
| A A A
Almaniyada 30 ton çəkisi olan dinozavrın ləpiri aşkarlanıb

Almaniyanın Reburq-Lokkum şəhərindəki daş karxanasında maraqlı tapıntı üzə çıxıb. Movqe.az "Bild" jurnalına istinadla xəbər verir ki, almaniyalı paleontoloqlar 30 ton çəkisi olan dinozavrın ləpirini aşkar ediblər. Hannover şəhərinin dövlət muzeyindən bildirib ki, tapıntı təxminən 145 milyon il əvvələ, Mezozoy erasının son dövrünə aiddir. Mütəxəssislər tərəfindən 50 metr məsafədə 90-dan çox ləpir müəyyən olunub. Məlum olub ki, tapıntı Avropa üçün unikal hadisədir və dünyada yalnız bir-neçə yerdə analoji hal qeydə alınıb. Dinozavr ləpirləri 43 santimetr dərinliyə işləyib və diametri 1,2 metr təşkil edir. Alimləri ən çox təəccübləndirən ləpirlər arasındakı məsafə olub. Onların qənaətinə görə, məsafənin uzunluğu heç də bu kimi heyvanlar üçün xarakterik deyil. Hazirda elm adamları ərazidə araşdırmanı davam etdirirlər.



Sizin Reklam Yeriniz