Əlaqə Arxiv
news Image
2015.08.21
16:05
| A A A
Arda Turanın illik qazancı

İspaniya mətbuatı "Atletico Madrid"in 41 milyon avroya "Barcelona"ya satdığı ulduz futbolçu Arda Turanın yeni klubdan il ərzində alacağı məbləği ilk dəfə olaraq açıqlayıb.

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki,türk futbolçunun illik qazancı 8 milyon avro olacaq. Bonuslarla birgə bu rəqəm 11 milyona çatacaq.Lakin vergiləri çıxandan sonra Arda Turanın özünə təxminən 4 milyon avro qalacaq. İspaniyada bu il qüvvəyə minən yeni vergi qanunvericiliyinə görə, qazanc 1 milyondan artıqdırsa, yarısı vergiyə tutulmalıdır.

Ulduz futboçu mövsüm boyu oyunların yüzdə altmışına qatılsa, qazancına 1 milyon avro əlavə etmiş olacaq."Barcelona" Çempionlar Liqası və "La Liga"da qalib olacağı təqdirdə isə Ardanın ümumi qazancı 6 milyon avroya qədər yüksələcək.


Sizin Reklam Yeriniz