Əlaqə Arxiv
news Image
2015.08.24
10:40
| A A A
Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə səs verəcəklər

Movqe.az xəbər verir ki, bu il Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadınlara bələdiyyə seçkisində səs verməyə və namizədliklərini irəli sürməyə icazə verilib.

Səudiyyə Ərəbistanının yerli mətbuat orqanlarında verilən məlumata əsasən, bu il dekabrın 12-də krallıqda bələdiyyə seçkiləri keçiriləcək. Ölkədəki 1263 seçki məntəqəsindən 163-də qadınların da adları namizədlər siyahısına daxil ediləcək. 70 qadın bələdiyyə seçkisində namizəd kimi iştirak etmək niyyətindədir. Zərif cinsin 80-ə yaxın nümayəndəsi isə seçkiqabağı kampaniyanın təşkilatçısı kimi qeydiyyata alınmaq istəyir.

Seçicilərin qeydiyyatı bu gün başlayır və sentyabrın 14-dək davam edəcək. Namizədlərin qeydiyyat müddəti isə avqustun 30-dan sentyabrın 17-dək davam edəcək. Noyabrın 29-da namizədlərin yekun siyahısı elan olunacaq.

Krallıqda bələdiyyə seçkiləri 2005-ci ildən keçirilir. 2005- 2011-ci illərdə keçirilən bu seçkilərdə qadınlar nə seçici, nə də namizəd kimi iştirak etməyib. Hələ 2011-ci sentyabrın 25-də Səudiyyə Ərəbistanının mərhum kralı Abdullah bin Əbdüləziz qadınların bələdiyyə seçkisində seçici və namizəd olaraq iştirak etməsi haqqında fərman versə də icra olunmayıb. Sənəd kral Salman ibn-Əbdüləziz tərəfindən imzalanıb.

Bundan başqa, 2014 -cü ildə "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə Şuraya "qadınlar üzərində mütləq hakimiyyətə son" ərizəsi də təqdim olunub. Ərizədə qadınlara bir sıra şərtlər irəli sürülüb. Bunlardan biri də qadınların da kişilər kimi maşın sürmək hüququ olub. Ötən ilin oktyabrından başlayaraq, qadınlara bu icazə verilib. İndi Səudiyyə Ərəbistanında kişilərlə bərabər qadınları da sükan arxasında görmək mümkündür.


Sizin Reklam Yeriniz