Əlaqə Arxiv
news Image
2015.08.24
11:00
| A A A
İl ərzində 52 milyon dollar qazanıb

Movqe.az xəbər verir kii, "Ac oyunlar" franşizasının ulduzu, 25 yaşlı aktrisa Cennifer Lourens son il ərzində 52 milyon dollar qazanıb və Forbes versiyası üzrə ən çox qazanan aktrisa olub.

Nüfuzlu nəşrin reytinq siyahısında ikinci yerdə 35,5 milyon dollarla Skarlett Yohanssondur. "Casus" komediyasının ulduzu Melissa Makkarti isə 23 milyon dollarla üçüncü yeri tutub. Onluğa Cennifer Eniston (16,5 milyon), Culiya Roberts (16 milyon), Ancelina Coli (15 milyon), Riz Uizerspun (15 milyon), Enn Heteuey (12 milyon) və Kristen Styuart (12 milyon) daxil olub.


Bu il Forbes ilk dəfə olaraq, reytinqə təkcə Hollivud ulduzlarını deyil, həm də xarici aktrisaları daxil edib. Ancaq siyahıda yeganə xarici aktrisa çinli Fan Binbin olub. O, 21 milyon dollarla 4-cü yeri tutub.


Sizin Reklam Yeriniz