Venerada soyuq hava kütləsi tapılıb
Movqe.az xəbər verir ki, Avropa Kosmos
Agentliyinin (ESA) planetlər üzərində araşdırma aparan peyki Venera
Ekspress Veneranın cənub qütbündə gündüzlə gecə arasında keçiş
müddətinin fotoşəkilini çəkməsi maraqlı görüntülərə səbəb
olub. "New Scientist" jurnalında nümayiş olunan araşdırmaya
görə, təxminən 464 dərəcə istiliyə sahib Veneranın atmosferində
soyuq hava təbəqəsi tapılıb. Yüksək temperaturun hökm sürdüyü
planetin atmosferində soyuq hava təbəqəsinin olmasını aşkar edən
elm adamları, planetin səthindən 125 kilometr yuxarıda hava
istiliyinin -175 dərəcəyə çatdığını, təbəqədə karbondioksiddən
ibarət olan quru buz parçaları ola biləcəyini
bildirib. ESA-nın Venera Eksress layihəsində çalışan elm adamı
Hakan Svedhem, Veneradakı soyuq təbəqə ilə ilk dəfə
qarşılaşdıqlarını, Yerdə və ya Marsda buna bənzər bir vəziyyətin
olmadığını söyləyib.Svedham soyuq təbəqənin təsirlərinin başa
düşülməsi üçün daha çox araşdırma edilməsi lazım olduğunu
vurğulayıb.Təxminən 464 dərəcə ilə Günəş sistemindəki ən isti
planet olan Venera, Günəş ətrafında digər planetlərə görə tərs
istiqamətdə dönür. Bir Venera günü 243 Yer günü, bir Venera ili isə
224 Yer günü davam edir. Venera ilin gündən qısa davam etdiyi
yeganə planetdir.