Əlaqə Arxiv
news Image
2015.08.26
11:00
| A A A
Bu batareya telefonu bir həftə enerji ilə təmin edir

Movqe.az xəbər verir ki, Böyük Britaniyanın "Intelligent Energy" şirkəti iPhone 6 telefonları üçün hidrogen akkumulyator hazırlayıb.

Yeni akkumulyatorların sayəsində telefon bir həftə ərzində elektrik enerjisi doldurmadan istifadə oluna biləcək. Şirkət iddia edir ki, yeni təchizat elementlərindən istifadə etmək üçün cihazın ölçü və formasını dəyişməyə ehtiyac olmayacaq. Adi aparatlardan yeganə kosmetik fərq arxa tərəfdə ventilyasiya dəliyinin olmasıdır.

"Intelligent Energy" bildirib ki, hazırda elementlərin satış qiymətini hesablayır. Şirkət "Apple" ilə sıx əməkdaşlıq edir. Hərçənd "Intelligent Energy"-nin icraçı direktoru Henri Vinand bu şayiələrə münasibət bildirməkdən imtina edib. Bununla belə, o, indiyədək belə bir avadanlığın icad olunmadığını da bildirib.



Sizin Reklam Yeriniz