Əlaqə Arxiv
news Image
2015.08.26
13:00
| A A A
Limonun möcüzəsi

Səhər yuxudan durmaq sizə çətindi? Hətta axşam saat 8-də yatsanız belə yenə də dura bilmirsiniz? Səhərlər əhvalınız yaxşı olmur?


Movqe.az xəbər verir ki, bu problemlərə son qoymaq üçün hər gün limonlu su için və möcüzəyə şahid olun. Limonlu su nəinki əhvalı yaxılaşdırır, hətta həzm traktını gücləndirir, həmçinin orqanizmi vitamin və minerallarla qidalandırır. Gündəlik limonlu suyun qəbulu orqanizmi tənzimləməklə bərabər, daxili orqanların da işinin yaxşılaşmasına, piylərin parçalanmasına, bağırsaqların təmizlənməsinə səbəb olur.


Gəlin limonlu suyun 20 içmə səbəbinə diqqət edək:


1. Tərkibindəki kalium, maqnium, kalsium dərini qoruyur və yumşaldır.


2. Damarlardakı tıxanıqlığı və ağrıları (qulunc) aradan qaldırır.


3. Mədə enzimlərini (mədənin içində nazik təbəqə) və şirəsini gücləndirir. Mədə şirəsi yəməyin rahat həzm olunması üçün vacib amildir.


4. Gündəlik suyun içilməsi qaraciyərin işini rahatlaşdırır. Bu da öz növbəsində rahat bayıra çıxma və bağırsaqdakı yığıntıları boşaldır.


5. Limonlu su iltihab əleyhinə də çox gözəl effektlidir. Badamçıqların iltihabına, tənəffüs yollarına və anginaya çox xeyirlidir.


6. Acqarına bu su bütün bağırsaqları stimulaşdırır və təmizlənməsinə kömək edir.


7. Orqanizmin metobalizmasını çox gözəl işlətmə gücü var. Bu da öz növbəsində insanların artıq çəkidən xilas olmasına gətirib çıxarır.


8. Limon güclü antioksidant olduğu üçün həm orqanizmdə qocalmanı gecikdirir, həm də immuniteti gücləndirir.


9. Limonun tərkibindəki yüksək miqdarda kalium əsəb sistemini gücləndirməyə və stresdən qorumağa kömək edir.


10. Limonlu su qanı, damarları, arteriyanı təmizləyir.


11. Gündəlik isti məlhəmin içilməsi qan təzyiqinin aşağı düşməsinə və qalxma riskini 10% endirməyə kömək edir.


12. Qanda ph göstəricisinin yuxarı qalxmasını təmin edir. ph göstəricisinin aşağı olması virus və infeksiyadan xəbər verir.


13. Limonun tərkibindəki C vitamini dərinin cavan, möhkəm və elastik qalmasını qoruyur.


14. Bu suyu hətta hamilələr belə içə bilər. C vitamini doğulacaq körpənin sümüklərini möhkəmləndirir, beyin hüceyrələrini və əsəb sisteminin yaranmasına kömək edir.


15. Bu su sidikliyə, oynaq ağrılarına və podaqraya da öz köməyi ilə seçilir.


16. Mədə turşusu artıbsa, 1ç.q limon suyu və 1 stakan su qarışığı əla effekt verəcək.


17. Bu suyun gündəlik istifadəsi mədəaltı vəzdə, böyrəklərdəki, öd kisəsindəki daşları əritməyə kömək edir.


18. Limonlu su diş ağrısını dayandırır və damağı möhkəmləndirir.


19. Limonlu isti su içənlər xərçəng xəstəliyindən uzaq olar. Alimlər belə hesab edirlər ki, limon mədədə qələvi mühit yaradır. Qələvi mühitdə də xərçəng yarana bilməz.


20. Limonlu suyun tərkibindəki pektin insanı tox tutur, acmağa qoymur. Həmçinin orqanizmdəki piyləri parçalamağa kömək edir. Və orqanizmdə çəki itirməsini yarıya endirir.


Bəs bu möcüzəvi su necə hazırlanır?


Bunun üçün 1 stakan isti (qaynar olmasın)su götürülür. Üzərinə başqa heç nə əlavə olunmadan yarım limon sıxılır. Hər səhər acqarına içilir.




Sizin Reklam Yeriniz