Əlaqə Arxiv
news Image
2015.08.28
10:20
| A A A
Bir həftəyə 15 kg arıqlayın - pəhriz

Movqe.az xəbər verir ki, bir həftədə 15 kq arıqlamaq mümkündür. Əgər nəfsinizi tuta bilsəniz 7 günlük bu pəhriz sonunda nəticəni görəcəksiniz.. Onu da əlavə edək ki, pəhriz əsnasında gün ərzində iki litr su içmək vacibdir.

1 ci gün.
Səhər yeməyi:
Şəkərsiz bir stəkan meyvə suyu, bir nazik dilim pəhriz çörəyi, 40 qr pendir, pomidor və xiyar
Nahar:
50 qr pəhriz çörəyi, toyuq döşü, bir stəkan ayran, bir porsiya az yağlı tərəvəz salatı (bitki yağı kimi zeytun)
Şam:
1 porsiya mərcimək şorbası, 180 qr buğda, bişmiş kotlet, üç yemək qaşığı yağsız qatıq və tərəvəz salatı

2-ci gün
Səhər yeməyi:
Şəkərsiz çay,bir ədəd yumurta, iki nazik dilim pəhriz çörəyi, beş ədəd zeytun, pomidor ve yaşıl bibər
Nahar:
1 ədəd sosiska, 200 qr portağal, bir porsiya yağsız tərəvəz salatı
Şam:
140 qr qiymə ilə hazırlanmış ispanaq yeməyi, iki yemək qaşığı düyü (duzsuz və yağsız), 100 qr yağsız qatıq və tərəvəz salatı

3-cü gün
Səhər yeməyi:
Şəkərsiz bitki çayı, bir ədəd yağsız tost, bir alma, pomidor və xiyar
Nahar:
Bir ədəd buğda pişmiş kotlet, bir qızardılmış kartof(bitki yağında), bir porsiya tərəvəz salatı
Şam:
Bir toyuq budu (dərisiz), 1 yemək qaşığı makaron, üç yemək qaşığı zeytun yağı ilə hazırlanmış tərəvəz salatı

4-cü gün
Səhər yeməyi:
Şəkərsiz bitki çayı, iki yumurta, bir dilim pəhriz çörəyi pomidor xiyar
Nahar:
Bir soyutma kartof, bir stəkan ayran və xiyar
Şam:
Iki kiçik dilim pendir, bir stəkan qatıq və xiyar

5-ci gün
Səhər yeməyi:
Şəkərsiz çay, iki sosiska, bir dilim pəhriz çörəyi, pomidor və xiyar
Nahar:
140 qr dana əti (suda bişmiş), bir porsiya yağsız tərəvəz salatı
Şam:
210 qr suda bişmiş ət (mal əti toyuq və yaxud balıq) ve tərəvəz salatı

6-cı gün
Səhər yeməyi:
Şəkərsiz limonat , omlet (yağsız), 25 qr pəhriz çörəyi və tərəvəz salatı
Nahar:
100 qr pendir, bir portağal ve xiyar
Şam:
Balıq əti sərbəst

7-ci gün
Səhər yeməyi:
Şəkərsiz çay, 20 qr pendir 40 qr pəhriz çörəyi, bir pomidor və xiyar
Nahar:
300 qr qatıq, bir dilim pəhriz çörəyi ve xiyar
Şam:
Bol miqdarda meyvə



Sizin Reklam Yeriniz