Əlaqə Arxiv
news Image
2015.08.28
14:45
| A A A
Gələn ay "iPhone 6S"in təqdimatı keçiriləcək

"Apple" şirkəti "iPhone 6S" və digər yeni məhsullarını təqdim edəcəyi tədbirin tarixini açıqlayıb.

Movqe.az xarici mediaya istinadən bildirir ki, şirkətin göndərdiyi dəvətnamələrə görə, gözlənilən məhsul sentyabrın 9-da San Fransiskoda yerli vaxtla saat 10:00-da təqdim olunacaq.

"Hey Siri, bizə bir ipucu ver" ("Hey Siri, give us a hint") adı altında təşkil ediləcək olan bu tədbirdə "iPhone 6S", "iPhone 6S Plus" və "iPhone 6C" modellərinin yanında yeni nəsil "Apple TV"-nin də tanıdılacağı deyilib. Bundan başqa, tədbirdə "iOS 9" əməliyyat sisteminin də təqdimatı gözlənilir.

Sizin Reklam Yeriniz