Əlaqə Arxiv
news Image
2015.08.31
14:00
| A A A
Cızma-qaralar haqqımızda nə deyir?

Movqe.az xəbər verir ki, bir çox insanlar darıxdırıcı iclaslar zamanı və ya bekarçılıq olanda bloknotunda, adi kağız parçasında naxışlar, şəkillər çəkməyə başlayır. Bu cızma-qaralara diqqət yetirmək lazımdır. Çünki onlar sizin xarakteriniz, əhvalınız haqqında xeyli informasiya verə bilər.


Spirallar, dairələr, dalğavari xətlər


Başqalarının problemləri sizi narahat etmir və ya ümumiyyətlə maraqlandırmır. Çox güman ki, yüngülvarı böhran keçirirsiniz. Bu aralar özünüzdən çıxmamaq və həmsöhbətinizi təhqir etməmək üçün diqqətli olmalısınız.


Güllər, günəş, zəncirlər, hörük şəkilli naxışlar


Kənardan şad-xürrəm görsənsəniz də əhvalınız əslində tam tərsidir. Siz daha çox dostluq və nəvaziş arzusundasınız. Ona görə də insanlar arasında olmaq sizin xeyrinizə olar.


Torlar


Hiss edirsiniz ki, riskli və ya narahat vəziyyətə düşmüsünüz. Sizi incidən və qıcıqlandıran şeyləri udmağa

meyllisiniz.


Kəsişən ürəklər


Siz hisslərlə dolusunuz, sanki bütün dünyanı öpmək istəyirsiniz. Hisslərinizi gizlətməyə ehtiyac yoxdu. Onlar haqqında danışmaq lazımdır.


Divar kağızındakına bənzər naxışlar


Belə şəkillər darıxdığınızın, hal-hazırda gördüyünüz işdən, ümumiyyətlə həyat tərzinizdən bezməyinizin əlamətidir.


Xaçlar


Xaç şəkli çox güman ki, hal-hazırkı anda yaranan günah hissini ifadə edir. Sizi narahat edən nəsə var: ya siz özünüz özünüzü ittiham edirsiz, ya da bunu həmsöhbətiniz edir.


İnsan şəkilləri


Bu köməksizlik və ya hansısa məsuliyyətdən yayınmaq istəyini ifadə edir.


Kvadratlar, üçbucaqlar və digər həndəsi fiqurlar


Sizin çox dəqiq məqsəd və mühakimələriniz var. Demək olar ki, heç vaxt fikirlərinizi gizlətmirsiniz. Adətən çox diqqətlisiniz, hər şeyi mürəkkəbləşdirməyin.


Arı şanı


Belə şəkil sakitlik, harmoniya, həyatı qaydaya salmaq istəyinin göstəricisidir. Bu, həm də ailə qurmaq istəyini göstərə bilər.


Şahmat löhvəsi


Çox güman ki, siz xeyli çətin vəziyyətdəsiz. Əgər belə şəkilləri tez-tez çəkirsinizsə deməli gizli komplekslərdən əziyyət çəkirsiniz.


Dairələrin kəsişməsi


Bu şəkil sabit və daimi əlaqə haqqında fikirlərin göstəricisi olsa da çox vaxt nədəsə iştirak etmək istəyini də ifadə edir. Siz hal-hazırda hadisələrdən kənarda qaldığınızı, təcrid olunduğunuzu hiss edirsiniz.



Sizin Reklam Yeriniz