Əlaqə Arxiv
news Image
2015.09.01
10:40
| A A A
Sevdiyimiz meyvələr neçə kaloridir?

Meyvələr lif və C vitamini baxımından olduqca zəngindir. Onların tərkibi lif, şəkər və sudan ibarətdir. Bəzilərinin tərkibində çox az miqdarda yağ var. Meyvələrin tərkibinə sağlamlıq üçün tələb olunan kimyəvi maddələr də daxildir.



Movqe.az xəbər verir ki, təzə meyvələrin mütəmadi olaraq istehlakı xərçəng və ürək xəstəlikləri riskini azaldır. Meyvələrin hər biri fərqli əhəmiyyətə malikdir. Məsələn, banan kalium anbarı hesab olunur, portağal orqanizmin C vitamini ehtiyacını ödəyir.


Meyvələr eyni zamanda təsirli antioksidantdır. Antioksidantlar isə sağlamlıq və həyat mənbəyidir. Çox tez-tez işlətdiyimiz meyvələrdə olan kalori:

Alma 80 kalori

Qaysı 20 kalori

Avokado 255 kalori

Banan 100 kalori

Gilas 5 kalori

Hindistan qozu (100 qramda) 270 kalori

Qreypfrut 20 kalori

Limon 25 kalori

Naringi 35 kalori

Manqo 100 kalori

Portağal 80 kalori

Şaftalı 40 kalori

Ananas 55 kalori

Alça 35 kalori

Çiyələk 10 kalori

Böyürtkən (100 q) 25 kalori

Qarpız 70 kalori



Sizin Reklam Yeriniz