Əlaqə Arxiv
news Image
2015.09.01
15:00
| A A A
Mәşhur kinorejissorlar vә onların muzaları

Heç fikirlәşmisiniz ki, niyә bәzi kinorejissorlar öz filmlәrindә tez-­tez eyni aktyorları çәkirlәr? Bu, çoxlarına rejissorun tәnbәlliyinin göstәricisi kimi görünә bilәr, lakin bu rejissor vә aktyorun bir yerdә yaxşı çalışdıqlarını vә bir-­birinә etibar etdiklәrini göstәrir.

Movqe.az xəbər verir ki, bu hal tanınmış rejissorlar vә onların muzalarına  aid deyil. Bir çox aktrisalar rejissorların "ilham pərisi" olaraq çıxış edir vә öz istedadlarına arxalanaraq, filmdәki personajlara başqa heç kimin etmәyәcәyi kimi yeni çalarlar әlavә edirlәr.

Tippi Hedren vә Alfred Hiçkok


Tippi Hedren məşhurluğunu məhz Hiçkoka borcludur. O, gәnc vә tәcrübәsiz aktrisanı reklamda çəkib, daha sonra "Quşlar" filmindә ona baş rolu həvalə edib. Film onu әsl ulduza çevirdi. Hiçkok vә Hippi növbәti dәfә "Marni" filminin çәkilişlәri zamanı birlәşdilәr. Hiçkokun başqa qadın muzaları arasında Qreys Kelli vә Vera Maylz kimi ulduzlar var.

Endi Uorhol vә Edi Secvik

Cütlük ilk dәfә 1965-­ci ilin yanvarında qarşılaşıblar. Qısa zaman әrzindә Edi Endi kimi geyinmәyә başladı, saçını da oğlan saçı kimi kәsdirdi vә saçlarını platin sarı rәngә boyadı. 60-­cı illәrin ortalarında Secvik Uorholun 12 qısametrajlı filmindә çәkildi, elәcә dә onu ictimai hәyatında müşayiәt etmәyә başladı. Onların әmәkdaşlığı Secviki superulduz etdi.

Lakin 60-­cı illәrin sonlarında onların münasibətlərində soyuqluq yarandı. Edi Uorholun "Fabrik" adlanan art-studiyasından uzaqlaşdırıldı, narkotik və alkoqolun tәsiri altına düşdü. Edi hәddindәn artıq narkotik qәbuluna görә, 1971­-ci ildә 28 yaşında dünyasını dəyişdi.

Martin Skorseze vә Robert De Niro

Skorzele ilə De Nironun dostluğu 1973-­cü ildәn başlayıb. Hazırda Skorsezeni De Nirosuz vә әksinә, yada salmaq mümkün deyil. De Nironu Skorseze ilə 60­-cı illәrin sonunda rejissor Brayan De Palma tanış edib. Onların 8 birgә işinin әsas süjeti cinayәt janrında olub, bu isә öz növbәsindә De Niroya öz italyan qanqster tryuklarını nümayiş etmәyә imkan verib. Onların bir-­birinә olan bağlılığı həyatda da davam edib. Skorseze kokain asılılığından əziyyət çəkəndə məhz De Niro onu özünә gәlmәyә, әn yaxşı bacardığı işlә (film çәkmәk) mәşğul olmağa mәcbur etdi. Onların әmәkdaşlığının әn kult filmi isə 1990-cı ildə işıq üzü görmüş "Yaxşı oğlanlar"dır.

Hazırda Skorseze Leonardo di Kaprio ilə əməkdaşlıq edir. Leo Skorsezenin "Nyu-­Yorkun bandaları", "Aviator", "Lәnәtlәnmişlәr adası", "Uoll-Strit canavarı" kimi filmlәrdә baş rolda çәkilib.

Kventin Tarantino vә Uma Turman

Tarantino Turmanı ilk dәfә çәkiliş meydançasında gördükdәn sonra xüsusi bir qadınla rastlaşdığını anladı. 1994­-cü ildә işıq üzü görən "Kriminal qiraәt" filmindən sonra Tarantinonun münasibәtlәri get-­gedә daha da yaxınlaşmağa başladı. Aktrisa onun digər məşhur filmi "Billi öldürmәk"də də əsas rolu oynayıb. Onlar bir yerdә çox film üzәrindә çalışmasalar da, bu tandem kino dünyasında kult klassika olaraq qalır.

Tim Berton - Conni Depp vә Helena Bonem Karter

Bu, yәqin ki, Hollivudda әn yaxşı rejissor aktyor/aktrisa nümunәsidir. Bunu onların üzәrindә bir yerdә çalışdıqları uzun film siyahısı sübut edә bilәr - "Ed Vud", "Yuxulu dәrә", "Edvard qayçı ­әllәr". Deppin eksentrik, tünd vә düşüncәli personajı ekranda Bertonun gözәl vә ifadәli istiqamәtini gözәl tamamlayır. Onların birgә film siyahısına Bertonun növbәti muzası, elәcә dә keçmiş hәyat yoldaşı, aktrisa Helena Bonem Karterin çәkildiyi filmlәr "Çarli vә şokolad fabriki", "Gәlinin meyiti", "Suni Todd" vә "Alisa möcüzәlәr ölkәsindә" də daxildir.



Sizin Reklam Yeriniz