Əlaqə Arxiv
news Image
2015.09.01
15:40
| A A A
Dior dodaq boyaları necə hazırlanır?

Bu ay bütün dünyada yenilənmiş "Dior Addict Lipstick" dodaq boyaları kolleksiyasının satışları başlayır. Fransız moda evi Cennifer Lourensin iştirakı ilə yeni məhsulun videokampaniyasını təqdim edib.

Movqe.az xəbər verir ki, bu il 14 yaşı tamam olan "Dior Addict" dodaq boyasının formulası dəyişdirilib. Artıq kolleksiyaya 35 çalar, tərkibinə isə çoxlu qulluqedici inqrediyentlər daxildir. Reklam videosunda Cennifer Lourens bu parıltıdan utanmamağa çağırır. "Dior Addict" dodaq boyası dodaqlara hamarlılıq, parıltı verən kosmetik yağların hesabına sayrışır və parıldayır. Dodaq boyasının futlyarı da dəyişdirilib - indi o, maqnit qapaqla tamamlanıb.

Bundan başqa, Dior kosmetika bölməsinin kreativ direktoru Piter Filipsin iştirakı ilə də video paylaşılıb. Videoda o, dodaq boyalarının hazırlanma prosessindən danışır.


Sizin Reklam Yeriniz