Hollivud ulduzları arasında qohumluq əlaqələri olan məşhurlar az deyil.
Movqe.az onlardan bir neçəsini sizə təqdim edir.
Nikolas Keyc və Sofiya Koppola
Hollivud məşhurları - əmiqızı və əmioğludurlar. Nikolas aktyor olmaq qərarı verəndə, ilk olaraq, öz doğma Koppola soyadını Keycə dəyişdi. O istəmirdi ki, onu əmisi Frensisin "ailə himayədarlığında" ittiham etsinlər.
Hoakin Feniks və Ben Afflek
İki aktyorun ailəsi bu yaxınlarda qohum olublar. Ben Afflekin kiçik qardaşı Keysi Hoakinin doğma bacısı Sammer Fenikslə evlidir.
Bruk Şilds və Meril Strip
"Oskar" mükafatı sahibi olan Meril Strip və əsmər gözəl Bruk Şildsi sanki heç nə birləşdirmir. Ancaq aktrisalar bir-birinin əmisi nəvəsidirlər.
Farrell Uilyams və Timbaland
İki ən istedadlı musiqi prodüseri - əmiuşağıdırlar. Timbaland qohumluq əlaqələrini etiraf etsə də, onun ulduz qohumu bu barədə şərh verməkdən imtina edir.
Qvinet Pletrou və Stiven Spilberq
Çoxları bilir ki, Stiven Spilberq aktrisa Dryu Berrimorun xaç atasıdır. Ancaq məşhur rejissorun "qızları" arasında daha bir sarışın ulduz var - Qvinet Peltrou. Qvinet öz karyerasını məhz Spilberqə borcludur. Əfsanəvi rejissor ilk olaraq, ev bayramlarında balaca Qvinetdə olan istedadı görüb və 1991-ci ildə onu "Kapitan Qarmaq" filmində Vendi roluna təsdiq edib. "Ata" və "qız" indiyə qədər yaxşı münasibətlərini qoruyublar və zaman-zaman bir yerdə ailə tətillərini keçirirlər.
Madonna və Qven Stefani
Jurnalistlər mütəmadi olaraq, bu iki Hollivud ulduzunu müqayisə edirlər. Bu, heç də təsadüfi deyil. Müsahibələrinin birində Qven münasibətlərini belə şərh edib: "Biz həqiqətən də qohumuq: nənəmin bacısının ərinin anası Çikkone Detroytdandır".
Keyt Middlton və Qay Riçi
Britaniya knyaqinyasının və Madonnanın ərinin ulu valideynləri Devid və Sara Luq 18-ci əsrdə yaşayıblar və evli olublar. Qeyd etmək lazımdır ki, Riçinin 2011-ci ildə Keyt və şahzadə Uilyamın toyuna gəlin tərəfdən dəvət olunması da təsadüfi deyil.
Elizabet Herli və Devid Bekhem
Bekhem cütlüyü çoxdandır ki, aktrisa Elizabet Herli ilə sıx dostluq əlaqələri saxlayırlar. Herli Bekhemlərin oğulları Bruklin və Romeonun xaç anasıdır.
Castin Biber və Rayan Qoslinq
Yeni İngiltərənin tarix-geneoloji icması maraqlı araşdırma başlayıblar. Alimlər Hollivud ulduzlarından kimlərin bir-biri ilə qohum olduğunu müəyyən etmək qərarı veriblər. Məlum olub ki, Castin Biber əslində kanadalı superulduz Rayan Qoslinq, Avril Lavin və Selin Dionun qohumudur. Bu məşhurların hamısının 17-ci əsrdə Kvebekdə məskunlaşan və qohum olan fransız ulu valideynləri var.
Yeri gəlmişkən, icma Ellen DeCeneres və Holli Berri, Ancelina Coli və Hillari Klinton, Bred Pitt və Barak Obamanın ailə bağlarının olduğunu sübut edib.