Cəmiyyətimizdə bəzi insan qrupları var ki, onlar sağlamlıqlarına
və cəmiyyətə zərər vuran insanlara nisbətən daha doğru və düzgün
yol seçiblər.
Həmin insanlara ibadət yerlərində, mötəbər elm mərkəzlərində,
olimpiyadalarda, müxtəlif treninq və seminarlarda, ictimai
həyatımıza rəng qatan digər mərkəzlərdə rast gəlmək olur.
Movqe.az xəbər verir ki, günümüzdə sağlamlıq mövzuları
içərisində öz aktuallığı ilə bir çox insanların rəğbətini qazanan
vegetarianlar özlərinə və cəmiyyətə xeyir verən həmin insan
qruplarınadan biridir. Bildiyimiz kimi, vegetarianlar qida
rasionlarında ətdən və balıqdan istifadəyə yox, daha çox südlü
yeməklərə, göyərtiyə, meyvələrə və s. qidalara üstünlük verirlər.
Bəs hamilə olan vegetarian qadınlar necə qidalanmalı, daha çox
hansı məhsullardan istifadə etməlidirlər.
Türkiyə mətbuatında verilən məlumata görə həmin qadınların ilk
növbədə daimi, balanslı və sağlam qidalanmalıdırlar.
Səhərlər 2 dilim orta yağlı ağ pendirdən, 1 qaynadılmış yumurtadan,
2 şirin çay qaşığı bəhməzdən, 4-5 zeytundan, çörəkdən, pomidor və
xiyardan istifadə etməlidirlər.
Günorta yeməyinə kimi yarım çay stəkanı quru üzüm yeməkləri də
uyğun görülür. Günorta vaxtı isə 1 qab paxla, 1 qab plov ya da
makaron, salat, 2 dilim ağ pendir, zeytun yağı, 1 qab tərəvəz, 1
dilim kəpəkli çörək kimi qidalara üstünlük vermək məsləhət
görülür.
Axşama qədər isə meyvələrdən 1 banan ya da 1 su stəkanı çiyələk,
südlü məhsullardan 1 kasa qatıq, ləpələrdən isə 5 qoz
yeməlidirlər.
Axşam yeməyində 1 kasa şorba, 1 qab tərəvəz yeməyi, salat (2 dilim
ağ pendir), çörək.
Yatmamışdan əvvəl isə 20-25 albalı və ya yarım çay stəkanı quru
üzüm, 20 fındıq, 1 kasa qatıq məsləhət görülür.