Mətbəximizdə göbələyin faydası
Bu gün göbələkdən müxtəlif yeməklərdə istifadə edirlər. Yeməklərə ləzzət qatan, vitaminlərlə zəngin göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.
Movqe.az xəbər verir ki, son araşdırmalara görə, göbələklər xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir. Göbələyin tərkibində 80-90 faiz su vardır. Ona görə kalorisi çox azdır. Arıqlamaq istəyənlər üçün münasib qidadır.Bədəninizin müqavimətini artıran göbələk bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür.İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk diabetli xəstələr üçün ideal bir qidadır.