Əlaqə Arxiv
news Image
2015.09.03
15:20
| A A A
Hobbi - yaxşı yoxsa zərərli vərdişdir?

Psixoloqlar bildirirlər ki, "Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar".


Movqe.az xəbər verir ki, hobbi insanın boş zamanlarında məşğul olduğu, bəzi vaxtlar "vaxtını öldürdüyü", çox vaxt isə həzz aldığı məşğuliyyət növüdür. Alimlərin araşdırmalarına görə bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığı üzə çıxıb. İnsanların bir-birindən müxtəlif hobbiləri var. Müxtəlif kolleksiyalardan tutmuş, insan öldürməyi özünə hobbi seçən insanların yaşadığı bir dünyada yaşayırıq. 

Bəs görəsən hobbilərimiz psixologiyamızın nə dərəcədə göstəricisidir? 

Psixoloqlar hobbilərin insana rahatlıq gətirdiyini söyləyirlər: "Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar. Çünki bütün aqressiyanı, bütün neqativ enerjini hobbilərlə çıxarırlar. Əgər bir insana nəyə görə marka yığdığını soruşsanız bu bunu sözlə ifadə edə bilmədiyini deyəcək. Hobbilər insanın şüuraltı situasiyasını tamalamağa yardımçı olur".



Sizin Reklam Yeriniz