Əlaqə Arxiv
news Image
2015.09.03
15:40
| A A A
Passiv siqaret çəkmək 600 000 adamın ölümünə səbəbdir

Passiv siqaret çəkmə ilə bağlı dünya boyunca keçirilən ilk araşdırma işi göstərib ki, hər il 600 000 adam bu səbəbdən vəfat edir.

Movqe.az xəbər verir ki, ölənlərin üçdə biri uşaqdır. Dünya Səhiyyə Təşkilatına əsasən bu uşaqlar adətən evdə siqaret tüstüsünü iynəyərək yaşamalı olublar.

192 ölkədə keçirilən tədqiqat işi göstərib ki, passiv siqaretçəkmə xüsusi olaraq uşaqlara ziyandır. Deyilənə görə, bunun nəticəsi olaraq uşaqlar arasında ani ölüm sindromu, sətəlcəm və astma halları yüksəkdir.

Passiv siqaretçəkmə ürək, tənəffüs və ağciyər xəstəliklərinə gətirir.

Araşdırma işini təşkil edən Armanda Peruga deyib ki, bu, tütünün əsl təsirini dərk etməyə kömək edib.



Sizin Reklam Yeriniz