Əlaqə Arxiv
news Image
2015.09.04
10:20
| A A A
Autizmin səbəbi tapıldı

Autizmlə əlaqəli bir zülal təyin olunub.


Movqe.az xəbər verir ki, Fransa və Amerika alimlərinin apardığı araşdırma beyinin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər işləməməsinin autizmə yol aça biləcəyini üzə çıxarıb.


Beyinin inkişafının ilk mərhələsinə "şahidlik edən" burundakı gövdə hüceyrələri araşdırılıb. Autizmi olan 11 nəfərdən 9-da MOCOS adı verilən zülalı kodlaşdıran genin öz işini lazımi qədər yerinə yetirmədiyi ortaya çıxıb.


Fransa və Amerika alimlərinin araşdırmasına görə, otistiklərdə MOCOS adlı zülalı kodlaşdıran gen öz vəzifəsini kifayət qədər yerinə yetirmir. Onların qənaətincə, beyin inkişafında rolu olan bir zülalın lazımi qədər işləməməsi autizmə yol aça bilər.


İmmun sistemi ilə bağlı olan həmin zülalın beyinin quruluşu və inkişafında vacib rol oynadığı nəticəsinə gələn alimlər bu araşdırmanın autizmin tez başa düşülərək diaqnoz və müalicə metodlarının inkişafına böyük kömək olduğunu vurğulayıblar.



Sizin Reklam Yeriniz