Əlaqə Arxiv
news Image
2015.09.04
11:00
| A A A
Kalorili yerfıstığı yeyərək arıqlamaq mümkündürmü?

Yerfıstığı olduqca yüksək kaloriyə malikdir. Ona görə də, ideal çəkidə qalmaq istəyənlər yerfıstığının kökəldə biləcəyini düşünərək bu çərəzi menyularından çıxarırlar. 

Movqe.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, bunun tam əksini etmək lazımdır. Çünki tədqiqatlar zamanı az miqdarda yeyilən yerfıstığının arıqlamağa kömək etdiyi məlum olub.


Mütəxəssislərin fikrincə, gündə təxminən 30 ədəd yerfıstığı yemək olar. 30 ədəd yerfıstığı 164 kalori və 14 qram yağ ehtiva edir. Buna baxmayaraq, bədənimiz yerfıstığındakı kalorinin hamısını əmə bilmir, ona görə də bu çərəz həddində yeyildikdə kökəltmir. Eyni zamanda da bədənə enerji verdiyi üçün oturarkən belə kalori xərcləməyinizə səbəb olur. Yerfıstığı əzməsi də eyni effekti verir.




Sizin Reklam Yeriniz