Əlaqə Arxiv
news Image
2015.09.04
13:20
| A A A
Britaniyada II Elizabetin 68 illik toy tortu satılıb (FOTO)

Böyük Britaniya auksionunda Kraliça II Elizabetlə şahzadə Filippin 68 illik toy tortu satılıb. 

Movqe.az xəbər verir ki, yeyilə bilməsi təsdiqlənən şirniyyat 500 min funt sterlinqə (təqribən 767 min dollar) satılıb. Tortun yeni sahibi Los Anceles sakini olub.

Tort dilimi orijinal bağlamada olub. Bağlamanın üstündə Kraliçanın adının baş hərfləri, ziyafətin keçirildiyi yerin adı (Bukinqem sarayı) və toyun tarixi (20 noyabr, 1947-ci il) yer alıb. Dörd mərtəbəli qənnadı məhsulunun inqridiyentləri Cənubi Amerika və Avstraliyadan gətirilib.

Kraliçanın tortunu auksiona çıxaran qadının atası toy mərasimində iştirak edən qonaqlar arasında olub.


Sizin Reklam Yeriniz