Əlaqə Arxiv
news Image
2015.09.07
12:00
| A A A
Meyvə və tərəvəz qabıqlarının inanılmaz faydaları

Meyvə-tərəvəz qabıqları, meyvələr, hətta deyərdim ki, onlardan da faydalıdır.

Movqe.az sizlərə meyvə və tərəvəz qabıqlarının sirrini təqdim edir.


Soğanın qabığı 


çox yaxşı dezinfeksiya edicidir. Xüsusilə dırnaq göbələyi əleyhinə əl və ayaq baxımı üçün çox faydalıdır. Qabıqların qaynadıldığı suda əl və ayaqların bir müddət saxlanılması göbələklərin aradan qaldırılmasında təsirli olur. Bundan başqa, qabıqları sıyıq halına gətirib döyənəklərin üzərinə qoyulsa, onları təmizləyər.


Almanın qabığı


kaliumla zəngindir. Həzm sisteminə kömək edir. Qəbizliyi aradan qaldırır. Xolesterolu aşağı salır. Dişləri təmizləyir. Diş ətləri üçün faydalıdır.


Zoğalın qabığı


ishalın qarşısını alır. Temperaturu aşağı salır. Böyrək daşlarının müalicəsində istifadə olunur.


Narın qabığı


bağırsaqların parazitlərdən təmizlənməsinə kömək edir. İshala qarşı faydalıdır. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar qabığından və nar pərdələrindən hazırlanmış həlim isə - yanıqlar və mədə pozğunluqları zamanı faydalıdır.


Limon qabığı


C vitamini ilə zəngindir. Bakteriyaları öldürür. Ürək-damar sistemini nizamlayır. Yumurtalıq və dəri xərçənglərinin qarşısını alır. Qaraciyər və öd kisəsi üçün faydalıdır.


Portağal qabığı


sellüliti aradan qaldırır. Qırışların aradan qaldırılmasına kömək edir. Ultrabənövşəyi şüaların ən böyük düşmənidir.


Xiyar qabığında


demək olar ki, kalori yoxdur. Xiyar qabığı qırışların qarşısını alır. Dəriyə qulluq etmək üçün ən yaxşı vasitədir.


Kartofun qabığını


soyduqdan sonra bişirmək 25 % C vitaminini itirmək deməkdir. Buna görə də, kartofun qabığını soymaq əvəzinə bıçaqla təmizləmək daha yaxşıdır.


Heyva qabığı


sidik yolu iltihabının qarşısını alır. İştahanı artırır. Böyrək və sidik kisəsi iltihabları üçün də faydalıdır.


Badımcanın qabığı


kalium və maqneziumla zəngindir. İmmun sistemini möhkəmləndirir. Hüceyrələrin çoxalmasına kömək edir.


Pomidorun qabığı


xolestrolu aşağı salır. Təzyiqi nizamlayır. Ultrabənövşəyi şüalara qarşı faydalıdır.


Qarpız qabığı


C vitamini ilə zəngindir. Dərini təmizləyir. Günəş ləkələrini aradan qaldırır. Orqanizmdəki zəhərli maddələri ifraz edir.


Kivi qabığının


başqa cür təbii antibakterial da adlandırmaq olar.




Sizin Reklam Yeriniz