Əlaqə Arxiv
news Image
2015.09.08
11:10
| A A A
Amerika alimləri insanın ovqatı və rəng duyumu arasında qarşılıqlı əlaqə aşkar ediblər

ABŞ-ın Roçester Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsi ilə rəng duyumu arasında qarşılıqlı əlaqə aşkar ediblər. Movqe.az  xəbər verir ki, tədqiqatda 127 könüllü tələbə iştirak edib.

Amerika alimləri könüllüləri iki qrupa ayırıblar. Birinci qrup qəmli süjeti olan videoçarxlara, ikinci qrup isə şən süjetli videoçarxlara tamaşa ediblər. Eksperimentin ikinci mərhələsində tələbələrə 48 müxtəlif rəng göstəriblər və bu rənglərin hansı rəng kateqoriyasına (sarı, yaşıl, qırmızı və ya göy) aid olduğunu soruşublar. Məlum olub ki, kədərli videoçarxlar rəng duyumunda konkret dəyişikliklər yaradıb. Birinci qrupdakı könüllülər göy-sarı oxdakı rəngləri şən videolara baxanlarla nisbətən daha pis ayırd ediblər.

Müşahidə edilib ki, ovqatı təlx olan adamlar dünyanı həqiqətən boz və darıxdırıcı görürlər. Alimlərin fikrincə, bu, xoşbəxtlik səviyyəsini müəyyən edən dofamin hormonunun baş beyində əmələ gəlməsinin azalması ilə bağlıdır.


Sizin Reklam Yeriniz