Movqe.az xəbər verir ki, hamiləlik müddəti bir
qadının yaşaya biləcəyi, bəlkə də ilk və tək xüsusi prosesdir. O
qədər xüsusidir ki, həyatındakı başqa heç bir hadisəyə bənzəməz. Nə
ilk məktəbə başladığın günə, nə universitetə qəbul olduğunu
öyrəndiyin ana, nə evləndiyin, nə məzun olduğun, nə ilk iş gününə;
heç biri bir uşaq sahibi olmaq qədər insana həyat qaynağı ola
bilməz. Həyatın bu ən əhəmiyyətli mərhələsinin əlbəttə ki, çətin
bir prosesi də vardır. Bu müddət içində qadın həm özünə, həm
körpəsinə yaxşı baxmalıdır. Həyatın hər dövründə problem yaradan
kilo problemi hamiləlik müddətində də hamilə qadına əlavə
problemlərdəndir. Hər bir hamilə qadının az və ya çox mütləq çəkisi
artır. Çəki artmağı isə hər bir hamilə qadında fərqlidir. Çünki hər
kəsin özünə xas bir maddələr mübadiləsi, genetikası, həyat tərzi,
həyat tempi, fiziki xüsusiyyətləri var.
Bütün bu fərqliliklərə bir də hamiləlik yaşı,
hamiləliyin riskli olub olmadığı, körpənin böyümə sürəti kimi
faktorlar əlavə olunduqda, bir hamilə qadın üçün kilo alıb-vermək
vəziyyəti olduqca spesifik hala gəlməkdədir. Bu səbəbdən hamiləlik
hər qadın üçün tam fərqli bir təcrübədir. Hətta eyni qadın üçün iki
hamiləliyi bir-birindən tamamilə fərqli keçə bilər.
Hamiləlikdə qadınların çəkilərinin artması
müxtəlifdir. Məsələn: bəzi hamilə qadınların hamiləliyin ilk
həftələrində çəkiləri birdən birə sürətlə artır, sonra isə
sürətləri yavaşlayır. Bəzi hamilə qadın ilk aylarda ürək
bulanmasına görə çəkiləri az artır və ya heç artmır və hətta bəzən
çəkiləri azala bilir. Bəzi hamilələrin isə hamiləlik müddətində
çəkiləri sürətlə arta bilir. Və bu vəziyyət qadınlarda böyük bir
problem yaradır. Həyatı boyunca çəkisinin atmaması üçün pəhriz
edən, düzgün qidalanan, idman edən, müxtəlif çəki azaldıcı üsullara
müraciət edən hamilə qadının etdiyi bütün səylər bir anda yox olur.
Amma hamilə qadın bunu unutmamalıdır ki, bir fərdi dünyaya
gətirməyin verdiyi xoşbəxtlik, qürur hər şeyə dəyər. Bu hamiləlikdə
ürəyi nə istəsə yeməli, istədiyi qədər kilo almalı mənasına əlbəttə
ki, gətirməz. Amma bir insanın ən xoşbəxt olduğu, ən doyunca
yaşaması lazım olan müddət heç şübhəsiz ki, hamiləlikdir.
Hamiləliyi bəzi sərhədlər içində tutmaq sağlam bir körpə və doğum
üçün çox əhəmiyyətlidir.
Hamiləlikdə pəhriz saxlamaq heç bir həkim ya da
insan tərəfindən tövsiyyə olunmur. Amma hamilə bir qadın özünə
uyğun pəhriz saxlaya bilər. Hamiləlikdə pəhriz dedikdə ağla ilk
öncə normal mənasıyla çəki azaltmaq gəlməməlidir. Hamilələr də
özlərinə aid bir qidalanma nizamı meydana gətirə bilər. Bu
qidalanma nizamı yəni pəhrizin ilk məqsədi hamilə olan qadının
çəkisinin həddindən artıq artmamasının qarşısını almaq, nizamlı və
yavaş şəkildə lazım olduğu qədər çəkisinin artmasını təmin etmək
olmalıdır. Hamiləlikdə qidalanma şəkli əsla qida növlərindən
qaçınmaq olmamalıdır. Hamiləlikdə qidalanma yəni pəhriz hər şeydən
lazım olduğu qədər yemək şəklində olmalıdır. Çünki hamilə bir
qadına heç bir şeyi qadağa qoymaq olmaz. Hamiləlik vəziyyəti
səbəbindən normalda yemədiyi bir şeyi yemək istəyə bilər. Bu
xüsusiyyət hamilə qadında ifraz prolaktin, progesteron
hormonlarından irəli gəlməkdədir.
Hamiləlikdə yüksələn bəzi hormonlara görə hamilə
qadında mədə bulantıları, mədə yanmaları şikayətlərindən ötəri
hamilə qadın nizamlı qidalana bilmir və nəticədə zəifləyir. Bu
bulanma şikayətləri bəzən hamiləliyin ilk aylarında olur, bəzən isə
doğuma qədər davam edə bilər. Buna görədə hamilə qadın hamiləliyin
sonunda çəkisi çox az artır. Lakin bu istənilən bir vəziyyət deyil,
çünki körpənin 40 həftə boyunca çəkisi nizamlı artmalı və inkişafı
tələb olunur. Hamilə qadın bətnində daşıdığı körpəsini göbək
bağının köməyiylə bəsləyir. Bu göbək bağı ilə körpə, ananın yediyi
hər qidanın qana keçmiş şəkliylə qan ilə qidalanır. Bu səbəbdən
körpə, inkişafı üçün lazımlı hər cür vitamin, mineral, zülal,
karbonhidrat, yağ kimi qida qruplarını qan vasitəçiliyi ilə
alır.
Sağlam bir şəkildə gedən hamiləlikdə qadınlar 9
ilə 13 kilo arasında kilo artıra bilərlər. Bundan çox və ya az çəki
artımı həm ana həm körpə üçün risk meydana gətirə bilər. 9 kilodan
az kilo alarsa ana namizədləri müxtəlif səbəblərdən ötəri yaxşı
qidalanmamış və bu səbəbdən körpəsini də yaxşı qidalandıra
bilməmişdir. 13 kilodan çox kilo alan hamilə qadınlarda isə həm
doğum çətin olur, həm də körpənin çox kilo almasına səbəb olur.
Bundan əlavə çox kilo alan ana namizədləri doğumdan sonra bu
kiloları azaltmaqda çətinlik çəkə bilərlər. Bu səbəbdən asan doğum
etmək, doğum sonrası körpəsinə daha yaxşı baxa və öz psixologiyası
baxımından ideal kilo almaq hər hamilənin məqsədi olmalıdır. Çox
kilolu doğan körpələrin gələcəkdə şəkər, təzyiq, ürək, obezitə
xəstəliklərinə tutulma riskləri artmaqdadır.
Ümumiyyətlə hamiləlik müddətində alınan kiloların
təxminən 4-5 kilosu doğumdan dərhal sonra gedir. Bu 4-5 kilo;
körpənin kilosu, suyu, ananın bədənindəki şişdir. Hamiləlikdə
təxmini 10 kilo alan bir ana üçün bu rəqəm aldığı kiloların sayının
yalnız yarısıdır. Bu səbəbdən doğumdan sonra da ana, bəslənmə
nizamına yəni pəhrizinə diqqət etmək məcburiyyətindədir. Bunu
edərkən əlbəttə ki, körpəsini əmizdirdiyi unutmamalıdır. Aldığı
kiloları çox sürətli verməyə çalışan ana, doğum əsnasında itirdiyi
enerjini geri ala bilməz, körpəsini bol südlə əmizdirə bilməz. Bu
səbəbdən ana sağlamlığını itirsə körpə də onun qədər bundan
təsirlənər. Doğum sonrasında ananın edəcəyi ən təsirli kilo vermə
metod əmizdirməkdir. Elmi olaraq da əmizdirmək enerji yandırır,
kalorinin zəifləməsinə gətirib çıxarır. Əmizdirən bir ana gündə
500- 1000 ml süd verir.Əmizdirərkən ana, verdiyi hər 1 ml süd üçün
3 kalori enerji xərcləyər. Bu səbəbdən əmizdirən ana gündə ən az
1500 kalorilik enerji sərf edir. Bu da təxminən 140 dəqiqə orta
tempdə gedişə bərabər gəlməkdədir. Yəni əmizdirən ana heç idman
etməsə belə gündə 1500 kalori xərcləyər. Bu səbəbdən bu da onun
aldığı kiloları nizamlı olaraq verə bilməsi mənasını verməkdədir.
Doğumdan sonra ana normal doğum etdisə 1-2 həftə içində, keysəriyyə
doğum etdisə 1 ay içində yavaş tempdə idman etməyə başlaya bilər.
Yalnız doğum edən qadınlar üçün deyil bütün insanlar üçün edilməsi
şərt olan idman sayəsində ana həm artıq çəkilərdən xilas ola bilər,
həm də körpəsinə daha məhsuldar şəkildə baxa bilər.
Riskli hamiləliklərin xaricində hər hamilə idman
edə bilər. Hamiləlikdə əlbəttə ki, ağır idman növləri təklif
edilməz. Yüngül tempdə gediş, yenə yüngül tempdə üzmə hamiləlikdə
edilən idmanlardandır. Hamiləlikdə nizamlı edilən idman, çəkinin
artmasını yavaşladır və eyni zamanda doğuma köməkçi olur.
Hamiləlikdə idman ilə birlikdə balanslı qidalanma sayəsində
həddindən artıq çəki artmasına maneə törədir. Hamiləlikdə
qidalanmada əhəmiyyətli olan keyfiyyətli qidalarla qidalanmaqdır.
Məsələn: zülal qrupundan yumurta, süd, qatıq, pendir, qırmızı ət,
ağ ət hamilələr tərəfindən nizamlı istehlak edilməlidir. Tərəvəz
qrupundan isə kök, pomidor, balqabaq, göyərti, kərəviz, kəvər, təzə
paxla, barbunya kimi qidalar keyfiyyətli yeməklərdir. Xəmir işləri,
çörək, qızartmalar, şəkərli qidalar, yağlar yalnız hamiləlikdə
gərəksiz çəki artmasına gətirib çıxarır. Bundan əlavə bu qida
qrupları çox qəbul edildikdə hamiləlikdə təhlükəli olan şəkər
xəstəliyinə səbəb ola bilər.