Əlaqə Arxiv
news Image
2015.09.11
10:35
| A A A
Dünyada uşaq ölümü iki dəfə azalıb

1990-ci ildən etibarən uşaq ölümü iki dəfə azalıb. Lakin dünya Minilliyin İnkişaf Məqsədlərindən birinin – beş yaşadək uşaqlar arasında ölüm hallarının üçdə ikisini aradan qaldırmaq məqsədinin öhdəsindən gələ bilməyib.

Movqe.az BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, cari ildə hər gün beş yaşa çatmayan 16 min körpə vəfat edir.

BMT Uşaq Fondunun (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) illik məruzəsində qeyd edilir ki, 2015-ci ildə təqribən 5,9 milyon uşaq beş yaşa çatmadan tələf olub, halbuki 1990-ci ildə həmin göstərici 12,7 milyon nəfər təşkil edib.

UNİCEF-in icraçı direktorunun müavini Gita Rao Qupta deyib: "Biz xüsusən 2000-ci ildən sonra nail olduğumuz böyük qlobal tərəqqini etiraf etməliyik. Onda ölkələrin çoxu beş yaşa qədər uşaqlar arasında ölüm səviyyəsinin azaldılması sürətini üç dəfə artırmışdı".

Amma uşaqların çoxu hələ də elə səbəblərdən ölür ki, onların qarşısını almaq mümkündür. UNİCEF-dən bildiriblər ki, 1990-ci ildən başlayan dövr ərzində 195 ölkədən yalnız 62-də uşaq ölümü Minilliyin İnkişaf Məqsədlərinin tələb etdiyi şəkildə azaldılıb.

Sətəlcəm, ishal, qanın zəhərlənməsi, vaxtından əvvəl doğuşun əmələ gətirdiyi fəsadlar və malyariya uşaqlar arasında ölüm hallarının əsas səbəbləridir. Uşaq ölümünün ən yüksək səviyyəsi Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində müşahidə olunur. Bu regionda hər 12 uşaqdan biri beş yaşına çatmamış tələf olur.


Sizin Reklam Yeriniz