Əlaqə Arxiv
news Image
2015.09.15
18:46
| A A A
Latviya səhiyyəsi Bakıda təqdim olunacaq
Sentyabrın 18-dən 20-dək Bakıda - “Baku Expo center”də “Beynəlxalq Səhiyyə Sərgisi” keçiriləcək. Movqe.az-ın məlumatına görə, sərgidə bir çox ölkələrlə yanaşı Latviya da iştirak edəcək. Latviya "Beynəlxalq Səhiyyə Sərgisi"ndə bu ölkənin aparıcı "Baltic Care" tibbi turizm mərkəzi alyansı, "Vayvari" bərpa mərkəzi və Yurmala meriyasının iştirakı ilə təmsil olunacaq.


Özündə 12 tibbi klinikanı birləşdirən "Baltik Care" alyansı Latviya, Avropa və MDB ölkələrində uğurlu fəaliyyəti ilə tanınır. Təkcə 2014-cü ildə Latviyanı 7934 əcnəbi pasient ziyarət edib ki, bu da 2013-cü illə müqayisədə 29 faiz çoxdur. Latviyada tibb xidmətlərini, əsasən, Skandinaviya, Böyük Britaniya, İrlandiya, Rusiya, Ukrayna və digər MDB ölkələrindən gələn xəstələr seçir. Pasientlərə göstərilən ən populyar xidmətlər bunlardır: damarların müalicəsi, geniş spektrli diaqnostika, plastik cərrahiyyə əməliyyatı və estetik dermatologiya. Bundan əlavə, gözlərin, sonsuzluğun müayinəsi və müalicəsinə, həmçinin stomatoloji, qastroenterologiya, travmatologiya və ortopediya xidmətlərinə tələbat durmadan artır.


Qeyd edək ki, son illər ərzində Latviya Avropanın şimal-şərq regionunda tibbi xidmətlərin ixracı sahəsində aparıcı yerlərdən birini tutmağa başlayıb.


Klinikalarda beynəlxalq təcrübəsi olan, yüksək ixtisaslı və təhsilli mütəxəssislər işləyir. Pasientlər, səfərin təşkilindən və münasib mütəxəssisin seçilməsindən tutmuş asudə vaxtının keçirilməsi proqramının tərtibatına qədər müalicə prosesi ərzində dəstəkləndiklərini yüksək qiymətləndirirlər.


Avadanlığa, heyətin təhsilinə yatırılan uzunmüddətli sərmayələr, həmçinin özəl tibbi müəssisələrin idarə olunması sahəsində 20 illik təcrübə - alyansa daxil olan klinikaların göstərdiyi xidmətlərin keyfiyyətinin zəmanətidir.


Əksər pasientlər Latviya klinikalarına ona görə üstünlük verirlər ki, burada müasir diaqnostika və müalicə metodları Qərbi Avropa ilə müqayisədə 3-7 dəfə ucuz, xidmətlərin keyfiyyəti isə Avropa Birliyinin keyfiyyət standartına tam uyğundur (İSO 9001).


"Vayvari" milli bərpa mərkəzi hər pasient üçün fərdi proqramlar hazırlayaraq, bərpa müalicəsini həmin proqram əsasında həyata keçirir. Mərkəz, böyüklərdə və uşaqlarda anadan gəlmə və sonradan qazanılmış müxtəlif xəstəliklərdən, o cümlədən mərkəzi sinir sistemi, dayaq-hərəkət, tənəffüs və ürək-damar xəstəliklərindən sonra keyfiyyətli bərpa xidmətlərini həyata keçirir.


"Vayvari" fiziki və bərpa səhiyyəsi sahəsində təhsil vermək hüququna malik olan, Avropada akkreditə olunmuş müəssisədir. Mərkəz ABŞ, Kanada, İsrail, İsveç, Finlandiya və digər ölkələrlə təcrübə mübadiləsi də həyata keçirir.


Latviyanın klinikaları ən yüksək dünya standartlarına cavab verir. Hansı ölkədən gəlməsindən asılı olmayaraq, pasientlər, onlara göstərilən yüksək qayğı və diqqətə qiymət verirlər.


Və sonda Latviyanın paytaxtı haqqında: 


Riqa – çoxəsirli tarixə malik və müxtəlif mədəni cərəyanlarla zəngin olan ilhamlandırıcı şəhərdir. Bərpa dövründə burada vaxtın maraqlı keçirilməsi üçün çoxlu sayda imkanlar mövcuddur. Latviyanın mülayim iqlimi, temperaturun birdən dəyişməməsi, kəskin soyuq və istisi olmayan havası, səhhətinizin bərpası üçün ideal şəkildə uyğun gəlir.


http://www.balticcare.eu/lv/


http://www.nrcvaivari.lv/








Sizin Reklam Yeriniz